Modern.az

Prezident azad olunmuş ərazilərə qayıdışın vaxtından DANIŞDI

Prezident azad olunmuş ərazilərə qayıdışın vaxtından DANIŞDI

26 Fevral 2021, 11:57

“İşğaldan azad edilmiş ərazilərə qayıdış üçün əsas yarışacağımız zamandır. Çünki bərpa işləri üçün kifayət qədər vəsaitimiz var. Amma işləri reallaşdırmaq üçün zaman lazımdır”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.  

Ölkə başçısı Qarabağa qayıdışla bağlı dəqiq vaxt vermək istəməyib:

“Mən hansısa tarix vermək istəməzdim, halbuki, mənim ağlımda müəyyən tarixlər var. Tarix verib insanları həyəcanlandırmaq istəmirəm. Amma əmin olun ki, mərhələli şəkildə, maksimum qısa vaxt ərzində insanlarımız öz torpaqlarına qayıdacaqlar”.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!