Arxiv
26 Fevral 2021, 21:28 | AKTUAL
Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşdi

Nazirlər Kabineti “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları” və “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”nda dəyişiklik edib.

 

Modern.az-ın məlumatına görə, “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları”na əsasən, ailə kəndli təsərrüfatının başçısı uçota durmaq üçün müvafiq ərazi bələdiyyəsinə ərizə ilə müraciət etməlidir.

 

İndiyədək ərizədə ailə kəndli təsərrüfatının başçısının və üzvlərinin adı, soyadı, atasının adı, yaşayış yeri və ailə kəndli təsərrüfatının yerləşdiyi yer barədə məlumatlar göstərilməli və ailə kəndli təsərrüfatının başçısının şəxsiyyətini təsdiq edən sənədin surəti ərizəyə əlavə edilməli idi.

 

Dəyişikliyə əsasən, ailə kəndli təsərrüfatının başçısının və üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri ərizəyə əlavə edilməlidir. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

 

- ailə kəndli təsərrüfatının adı və ünvanı;

- ailə kəndli təsərrüfatının başçısının və üzvlərinin fərdi identifikasiya nömrələri;

- ailə kəndli təsərrüfatı üzvlərinin təsərrüfata üzv olma tarixləri (gün, ay, il), fəaliyyətə başladıqları və fəaliyyətlərini dayandırdıqları (gün, ay, il), məşğul olduqları iş və ya peşələri (vəzifələri).

 

Eyni zamanda artıq ailə kəndli təsərrüfatının uçotunu aparan bələdiyyə orqanı ərizəyə 2 gün deyil, 5 gündən gec olmayaraq baxmalıdır.

 

"Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”na əsasən, bələdiyyələr tərəfindən ailə kəndli təsərrüfatı (AKT) üzvünə verilən vəsiqə onun statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəddir. Dəyişikliyə əsasən, bələdiyyələr tərəfindən ailə kəndli təsərrüfatı (AKT) üzvünə vəsiqə artıq “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) vasitəsilə təqdim ediləcək.

 

Müəyyən edilib ki, bu qərar qüvvəyə minənədək ailə kəndli təsərrüfatı üzvlərinə kağız formada verilmiş vəsiqə elektron vəsiqəyə bərabər tutulur. Kağız formada verilmiş vəsiqə itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə, ailə kəndli təsərrüfatı üzvünə elektron formada yeni vəsiqə təqdim edilir. Eyni zamanda, uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinin statusu, əmək fəaliyyəti və 4 əmək stajı barədə məlumatlar 6 ay müddətində yerli özünüidarəetmə orqanları tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminə əlavə edilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir 23 Aprel 2021, 14:20 Ermənistanda daha bir nazir istefa verdi 23 Aprel 2021, 14:14 “Dni cərəyanlar uşaqları öz tərəfinə çəkir, başlarına oyun açır” - Vitse-spiker 23 Aprel 2021, 14:08 Deputat açıq havada toylara icazə verilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:02 Hollandiya azərbaycanlıları sabah Ermənistan səfirliyi önünə TOPLAŞACAQ 23 Aprel 2021, 13:56 İcbari tibbi sığortanı ödəməyənləri bu cəzalar gözləyir 23 Aprel 2021, 13:50 Qarabağda subartezian quyuları qazılacaq - SƏRƏNCAM 23 Aprel 2021, 13:45 “Azərbaycanla İsrail arasındakı münasibətlərin potensialı yüksəkdir” - Mikayıl Cabbarov 23 Aprel 2021, 13:44 Adı səhvən şəhid olanların siyahısına düşən ZABİT 23 Aprel 2021, 13:38 Elm və innovasiya fondlarının statusu dəyişir 23 Aprel 2021, 13:34 Müharibə veteranlarının vahid informasiya bazası yaradılacaq 23 Aprel 2021, 13:28 Şəhidlərin və şəhid ailəsi üzvlərinin elektron reyestri yaradılacaq 23 Aprel 2021, 13:23 Milli Məclis insan alveri ilə bağlı hesabatı qəbul etdi 23 Aprel 2021, 13:18 Prezidentdən 5 rayonun su probleminin həlli ilə bağlı SƏRƏNCAM 23 Aprel 2021, 13:14 Pişik koronavirusdan öldü - Dünyada ilk 23 Aprel 2021, 13:10 Dövlət sosial sığorta şəhadətnaməsi ləğv olundu 23 Aprel 2021, 13:05 “Səfirliklərimizin yaxşı işləməməsi bu problemi daha da artırır” - Sabir Rüstəmxanlı 23 Aprel 2021, 13:00 ATU-da yeni TƏYİNAT 23 Aprel 2021, 12:56 “Narkomaniya ilə bağlı mübarizədə istədiyimiz nəticəni ala bilmirik” - Fazil Mustafa 23 Aprel 2021, 12:52 Koronavirusa görə oruc tutmamaq günah sayılırmı? - AÇIQLAMA 23 Aprel 2021, 12:46 Polşa səfiri Rusiya XİN-ə çağırıldı 23 Aprel 2021, 12:42 Nazirlikdən hava XƏBƏRDARLIĞI 23 Aprel 2021, 12:37 Sosial sığorta üzrə daxilolmalarda qeyri-büdcə təşkilatlarının payı artıb - Nazir 23 Aprel 2021, 12:32 Ronaldu maaşının azaldılmasına razıdır - "Mançester Yunayted"ə keçidi üçün 23 Aprel 2021, 12:28 Siyavuş Novruzov insan alverindən DANIŞDI: “...filmlər çəkilir” 23 Aprel 2021, 12:27 "Bu, etibarlı münasibətlərimizə kölgə salmaq deməkdir" - Ülvi Quliyev 23 Aprel 2021, 12:25 Bakıda məktəbdən “AK-74” avtomatı oğurlanıb 23 Aprel 2021, 12:22 İcra başçısı COVID-19 əleyhinə peyvəndin ikinci dozası vurulub 23 Aprel 2021, 12:17 İnsan alverinə səbəb olan erkən nikahların qarşısı alınmalıdır - Deputat 23 Aprel 2021, 12:12 I sinfə qəbulla bağlı Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərəcək 23 Aprel 2021, 12:06 Hindistanda oksigen BÖHRANI 23 Aprel 2021, 12:00 Sabah Bakının yolları növbəti dəfə dezinfeksiya ediləcək 23 Aprel 2021, 11:54 Avtomobillə yüklərin daşınmasına DİN nəzarət edəcək - Qərar 23 Aprel 2021, 11:53 “Turizmi canlandırmaq üçün qaydalar dəyişdirilməlidir” - Deputat 23 Aprel 2021, 11:49 Milli Məclisdə insan alverindən DANIŞILDI 23 Aprel 2021, 11:47