Modern.az

“Bakıya 12 saat yağan qar fövqəladə vəziyyət idi” – Eldar Əzizov

“Bakıya 12 saat yağan qar fövqəladə vəziyyət idi” – Eldar Əzizov

Aktual

27 Fevral 2021, 17:17

Bakıda 12 saat yağan qar müəyyən mənada fövqəladə vəziyyət kimi qiymətləndirilməlidir.

 

Bunu Modern.az-a açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib. O qeyd edib ki, havanın qəfil kəskinləşəcəyi öncədən bəlli idi və BŞİH hər vəziyyətə hazır idi:

“Fevralın 24-ü gecə saatlarından BŞİH əməkdaşları, rayon icra hakimiyyətlərinin başçıları və aparatının işçiləri, kommunal sahədə çalışanlar səhərə kimi işlədilər. Onun nəticəsidir ki, 24-ü səhər saatlarında tam həcmdə olmasa da, küçələrin böyük bir hissəsi təmizlənərək istifadəyə verilmişdi”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü