Modern.az

Ermənistan Müdafiə Nazirliyindən orduya çağırış

Ermənistan Müdafiə Nazirliyindən orduya çağırış

27 Fevral 2021, 22:28

Ermənistan Müdafiə Nazirliyi ordunu siyasi proseslərə cəlb etməməyə çağırıb.

 

Modern.az-ın "Sputnik Armeniya"ya istinadla məlumatına görə, nazirliyin bəyanatında qeyd olunur ki, Ermənistan Silahlı Qüvvələri siyasi proseslərdən asılı olmayaraq dövlətin və xalqın təhlükəsizliyini təmin etmək üçün öz vəzifələrini tam məsuliyyətlə yerinə yetirirlər:

 

"Silahlı qüvvələr adından açıqlamalar verməkdən imtina etməyi, ordunu siyasi proseslərə cəlb etməməyi, ölkənin təhlükəsizliyini öz siyasi maraqlarınıza tabe etməməyinizi tələb edirik".

 

Nazirlik ayrıca Silahlı Qüvvələrin siyasətdən kənar olduğunu və müdafiə sektorunda islahatlar və modernləşdirmə addımlarını davam etdirəcəyini vurğulayıb.

 

Bundan əvvəl Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşiyanın Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyanın istefası vəsatətini imzalamaqdan imtina edib.

 

Baş nazirlik ofisi isə prezidentin etirazlarını əsassız adlandıraraq yenidən vəsatət göndərib.

 

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyan baş nazirin istefası tələbi ilə bağlı bəyanat verib. Paşinyan isə Baş Qərargahın bəyanatını çevriliş cəhdi elan edərək Onik Qasparyanın istefası üçün vəsatət qaldırıb.

 

T.İSMAYIL

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub