Arxiv
28 Fevral 2021, 17:02 | PARLAMENT
"Onların missiyası xəyanətdir" - Deputat "5-ci kolon"dan DANIŞDI
“Hər kəs dövlətimizin sosial siyasətinə, eləcə də əhalinin əsas həssas qrupları olan qaçqın və məcburi köçkünlər, Qarabağ müharibə veteranları, qazilər, şəhid ailələri və hərbi qulluqçularla bağlı məsələlərə nə qədər  önəm  verdiyini bilir. Şəhid ailələrinin, qazilərin, hərbi qulluqçularımızın sosial müdafiəsi, təminatı Azərbaycanın sosial siyasətinin ana xətti olub. Sözsüz ki, Parlamentdə də bu məsələlərə hər kəs çox həssaslıqla yanaşır. Çünki bu bizim hər birimizin borcudur. Bu mənada parlamentdə müxtəlif siyasi partiyaları təmsil edən, eləcə də bitərəf millət vəkillərinin  bu məsələlərdə fikrləri üst-üstə düşüb”.     Bu sözləri Modern.az-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı hərbçilərin maaşı ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib. Deputat xatırladıb ki, Milli Məclisin son iclasında hərbçilərin maaşı ilə bağlı məsələ gündəmə gətirildikdən sonra, bir qrup antimilli radikal qüvvələr, troll hərəkatı bunu tamamilə başqa səmtə yönəltdi:     “Çünki həmin trol hərəkatı neçə illərdir, dövlətimizi, dövlətçiliyimizi sarsıtmağa çalışır. Bu satqın qüvvələr Möhtərəm prezidentimizin ölkəmizdə bütün sahələrdə uğurla həyata keçirdiyi islahatlara kölgə salmaq istəyirlər. Sözsüz ki, dövlətimiz elə güclü və sağlam təməllər üzərində qurulmuşdur ki, bu mümkün deyil. Prezidentimizin və birinci vitse-prezidentimizin ölkəmizin rifahı, xalqımızın təminatı naminə gördüyü işlərə qara yaxmaq istəyirlər. Anlamırlar ki, Xalq-İqtidar-Prezident Birliyi sarsılmazdır. Məhz respublikamızda islahatların uğurlu olmasının səbəbi bu birlikdədir. Ölkəmizdə fəaliyyət göstərən 50-dən çox siyasi partiyalar Prezidentimizin həyata keçirdiyi təqdir edirlər. Biz bunu keçən il Vətən müharibəsində də şahidi olduq.      Bu bir geçəklikdir ki, 44 günlük vətən müharibəsindən sonra qazandığımız zəfərdən sonra onlar cəmiyyətin çöpxanasına göndərildi. Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz qələbə çaldığı vaxtda onlar bir müddət susqunluq yarandı. Lakin həmin troll hərəkatı xaricdən maliyyələşdiyinə və ermənipərəst qüvvələrdən dəstək və tapşırıqlar alıdığına görə, yenidən fəaliyyətə başlayaraq qazandığımız zəfərə kölgə salmaq istəyirlər. Yəni onların mövcudluq missiyyası satqınlıq, böhtan, şər və xəyanətdir.      Bugünlərdə Milli Məclisin son iclasındakı  müzakirənin başqa səmtə yönəltməyə cəhd etmələri onların iç üzünü bir daha açdı, Milli Məclisin spikerinə və deputatlara qarşı hüç bir əsas olmadan şər-böhtan yaymaları onların mahiyyətini bir daha göstərir.     Məlumdur ki, keçən il ölkəmizdə həyata keçirilən növbədənkənar parlament seçkilərindən sonra yeni qurulan Milli Məclisdə müxtəlif siyasi partiyalar təmsil edir və bugün siyasi münasibətlərdə yeni siyasi konfiqurasiya formalaşmışdır. Parlamentdə çox kontruktiv müzakirələr və debatlar keçirilir. Əlbəttə bu uğurları anti-milli qüvvələr heç cürə qəbul edə bilmirlər. Ötən bir il ərzində də Parlamentdə çöx önəmli və uğurlu islahatlar həyata keçirildi”.      M. İbrahimqızı vurğulayıb ki, Milli Məclisdə əhalinin sosial problemləri ilə bağlı hər zaman önəmli təkliflər səsləndirilir:      “Parlament ölkə başçısının və birinci vitse-prezidentimizin təşəbbüsü ilə həyata keçirilən bütün sosial layihələri həmişə dəstəkləmiş və təqdir etmişlər. Əminəm ki, Azərbaycan xalqı və ictimaiyyəti bu ünsürlərin  təxribat xarakterli qarayaxmalarına əhəmiyyət verməyəcək”. 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə İraqda şəhid verdi 15 Aprel 2021, 01:00 Çempionlar Liqasında bütün yarımfinalçılar bilindi 15 Aprel 2021, 00:54 NATO qoşunları Əfqanıstandan çıxarılır 15 Aprel 2021, 00:50 ABŞ hərbi gəmilərini Qara dənizə göndərməkdən imtina etdi 15 Aprel 2021, 00:45 Azərbaycanlı boksçu ermənini dünya çempionatından kənarlaşdırdı 15 Aprel 2021, 00:38 Neft bahalaşdı 15 Aprel 2021, 00:22 Teledərslərin bu günə olan CƏDVƏLİ 15 Aprel 2021, 00:09 Rusiya Krıma nüvə silahı yerləşdirir? 14 Aprel 2021, 23:57 Lənkəranda piyadanı maşın vurub öldürdü 14 Aprel 2021, 23:43 Bakıda “Hyundai” sərnişin avtobusuna çırpıldı - xəsarət alan var - FOTO 14 Aprel 2021, 23:33 Əşrəf Qani Baydenlə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını müzakirə etdi 14 Aprel 2021, 23:24 Türkiyə Liviyaya 150 min doza peyvənd göndərdi 14 Aprel 2021, 23:10 Ter-Petrosyan koronavirusa yoluxdu 14 Aprel 2021, 22:56 Mehriban Əliyeva Tunarla bağlı tapşırıq verdi 14 Aprel 2021, 22:44 “Zəngəzur dəhlizi reallığa çevrilir” - İlham Əliyev 14 Aprel 2021, 22:35 Lukaşenko Azərbaycana vaksin təklif etdi 14 Aprel 2021, 22:24 Belarusla Azərbaycan arasında heç bir fikir ayrılığı yoxdur - Lukaşenko 14 Aprel 2021, 22:13 Minsk qrupundan kreativ ideyalar gözləyirik - Prezident 14 Aprel 2021, 22:07 Sülhməramlılar Kəlbəcərə yardım apardı - FOTO 14 Aprel 2021, 22:00 Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik - Prezident 14 Aprel 2021, 21:51 Yol polisi Balakəndə reyd keçirdi - FOTO 14 Aprel 2021, 21:46 Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır - İlham Əliyev 14 Aprel 2021, 21:40 Məhərrəm İncə xəstəxanaya yerləşdirildi 14 Aprel 2021, 21:37 İlham Əliyevlə Lukaşenko bəyanat VERDİLƏR 14 Aprel 2021, 21:30 Gəncə sakini əsəbiləşərək özü-özünü bıçaqladı 14 Aprel 2021, 21:22 “Traktor” Çempionlar Liqasına heç-heçə ilə başladı 14 Aprel 2021, 21:08 Türkiyədə gündəlik yoluxmada REKORD 14 Aprel 2021, 20:55 Peskovdan Putin-Bayden görüşü haqda: “Çox tezdir” 14 Aprel 2021, 20:41 “Draqi adlandırılan şəxs aramızdakı münasibətləri baltalayıb” - Ərdoğan 14 Aprel 2021, 20:27 Hərbi Qənimətlər Parkı və Cənubi Qafqaza yeni baxış... 14 Aprel 2021, 20:16 Bakıda məktəb müəllimi 40 yaşında koronavirusdan öldü - FOTO 14 Aprel 2021, 20:04 Türkiyənin sabiq baş naziri vəfat etdi 14 Aprel 2021, 19:40 Rəşad Nəbiyev ukraynalı nazirlə görüşüb 14 Aprel 2021, 19:30 Qarmon ifaçısı koronavirusdan dünyasını dəyişdi 14 Aprel 2021, 19:24 Sumqayıtda özünü dənizə atan şəxs xilas EDİLDİ 14 Aprel 2021, 19:17