Arxiv
1 mart 2021, 12:06 | PARLAMENT
Milli Məclisin kişi deputatı: “Ən yaxşı 2-3 aşpaz varsa, onlardan biri mənəm” - MARAQLI

“COVID-19 əleyhinə vaksin vurdurmağı hələ ki düşünmürəm. Çünki çox sağlam adamam”. Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Sabir Hacıyev bildirib.

Deputat həyatı boyu xəstələnmədiyini xüsusi olaraq qeyd edib:

“Nə zamansa xəstələndiyimi xatırlamıram. Evimdə heç bir dərman vasitəsi də yoxdur. İnanın, temperaturumun yüksəldiyi də ağlıma gəlmir. İnsanlar hər il mövsümi xəstəliklərlə, qriplə mübarizə aparır. Mən heç vaxt qrip də olmamışam. Hesab edirəm ki, ağır qrip keçirən insanlar mütləq qrip əleyhinə peyvənd vurdurmalıdır. Hətta tez-tez xəstələnən adamlar koronavirus əleyhinə vaksinasiya olunmalıdır”.


Sabir Hacıyev heç vaxt xəstələnməməsinin səbəblərini də açıqlayıb. Deyib ki, hər şeydən öncə idmanla məşğul olur:


“Deyəndə ki “xəstələnmirəm”, bu, çoxlarına qəribə gəlir. İllərdir ki, idmanla məşğul oluram. Bir ildən çoxdur ki, idman zalları bağlıdır və mən ev şəraitində idmana davam edirəm. Düzü, idman zallarının bağlı qalmasını məntiqlə anlamıram. Necə olur ki, restoranlar açılır, amma zallar yox?!. Halbuki, idman zallarında məsafə mütləq olur. Trenajorda ancaq bir adam məşq edir. Parlamentin ötən plenar iclasında həmkarım Fazil Mustafa da bu məsələyə haqlı iradını bildirmişdi”.

Deputat sağlam qidalanmanın da əsas şərt olduğunu vurğulayıb:

“Idmanla yanaşı, həm də sağlam qidalanmaya üstünlük verirəm. Subay adamam. Evdə yeməklərimi də özüm hazırlayıram. Ən yaxşı 2 ya da 3 aşpaz varsa, onlardan biri mənəm. Aş, bozartma, buğlamanı o qədər dadlı bişirirəm ki, məni tanıyanlar restorana yox, evimə qonaq gəlir. Dünya mətbəxinin təamlarını də çox dadlı hazırlaya bilirəm. Bir sirr açım: yeməkləri sevgiylə, məhəbbətlə bişirdiyimdən çox dadlı alınır. Hətta bəzi aşpazlar da bir neçə dəfə necə dadlı yemək bişirdiyimin şahidi olub. Əti necə səliqəli doğradığımı da söyləyə bilərəm. Mətbəx sevgim uşaq yaşlarımdan formalaşıb. Yadımdadır ki, vaxtilə müxtəlif vəzifələrdə işləsəm də, bazarlığı heç vaxt sürücünün öhdəsinə buraxmamışam. Çox yaxşı bazarlıq etmək bacarığım da var”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baydendən Ermənistan prezidenti barədə sensasiyalı açıqlama – VİDEO 23 Aprel 2021, 21:07 Güləşçimiz Avropa çempionatının finalına yüksəldi 23 Aprel 2021, 20:52 Erməni patriarx 1915-ci il hadisələrini siyasi alətə çevirməməyə çağırdı 23 Aprel 2021, 20:38 Moskvadan Bakıya gələn təyyarə Rusiyada təcili eniş etdi 23 Aprel 2021, 20:23 Müəllimlər koronavirusa yoluxdu, məktəb bağlandı 23 Aprel 2021, 20:09 Hikmət Hacıyev və Ukrayna Prezidenti Ofisinin rəhbərinin müavini ilə  məsləhətləşdilər 23 Aprel 2021, 20:00 Ünvanlı dövlət sosial yardımları ödənildi 23 Aprel 2021, 19:50 Lənkəran Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE 23 Aprel 2021, 19:41 Hüseynbala Mirələmovun YAP-dan çıxarılmasına bu şəxslər “HƏ” deyiblər - SİYAHI 23 Aprel 2021, 19:09 Naxçıvan Qarnizonu Qoşunlarında rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib - VİDEO 23 Aprel 2021, 19:00 Qubada “Sadiq dost” açıldı 23 Aprel 2021, 18:52 Senat sədrinin fəlsəfəsi: respublikaçılıq yoxsa şovinizm?! 23 Aprel 2021, 18:45 Nazirlik acından ölən atlara yardım göstərdi - FOTOLAR 23 Aprel 2021, 18:38 Merkel Almaniya Bundestaqında dindirildi 23 Aprel 2021, 18:30 Ramazana məxsus ibadətlər hansılardır? - AÇIQLAMA 23 Aprel 2021, 18:21 İranla sərhəddə bu ərazinin təhlükəsizliyi Azərbaycana həvalə OLUNDU 23 Aprel 2021, 18:14 Qarabağda daha 5 erməni cəsədi tapıldı 23 Aprel 2021, 18:07 Əli Əsədov qərar imzaladı 23 Aprel 2021, 18:00 Aİ Azərbaycanda yeni layihənin icrasına başlayır 23 Aprel 2021, 17:56 Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr mərhələli keçiriləcək 23 Aprel 2021, 17:52 Ağdamdakı erməni vəhşiliyi Fransa mətbuatında 23 Aprel 2021, 17:46 Koronaviruslu xəstədən rüşvət alan daha bir həkim TUTULDU 23 Aprel 2021, 17:40 Rusiyalı həkimlər Qarabağda erməniləri müalicə edirlər 23 Aprel 2021, 17:34 Prezident Universitetə rektor TƏYİN ETDİ - FOTO 23 Aprel 2021, 17:28 Yeni Səhiyyə naziri kimdir? - DOSYE 23 Aprel 2021, 17:23 Azərbaycanda 200-dək jurnalist peyvənd olunub 23 Aprel 2021, 17:20 Havadakı tozun miqdarı axşam saatlarında azalacaq 23 Aprel 2021, 17:18 Azərbaycanlı güləşçi erməni rəqibini məğlub etdi 23 Aprel 2021, 17:12 “İlin sonuna müştərilərimiz filiallarımızda əhəmiyyətli dəyişikliklər görəcəklər” 23 Aprel 2021, 17:06 Nar” məktəblilər üçün “Oxu Saatı” layihəsinə start verir 23 Aprel 2021, 17:00 İcra başçısı müşavirə keçirdi - FOTO 23 Aprel 2021, 16:54 Navalnı aclıq aksiyasını dayandırdı 23 Aprel 2021, 16:48 Səhiyyə nazirinin səlahiyyətləri bu şəxsə həvalə olundu 23 Aprel 2021, 16:43 Son sutkada peyvənd olunanların sayı AÇIQLANDI 23 Aprel 2021, 16:38 Oqtay Şirəliyev nazir vəzifəsindən azad edildi   23 Aprel 2021, 16:33