Modern.az

Türkiyə-Azərbaycan birgə təlimlərinin dünyaya ötürdüyü 2 MESAJ

Türkiyə-Azərbaycan birgə təlimlərinin dünyaya ötürdüyü 2 MESAJ

1 Mart 2021, 12:50

Yanvar ayında Türkiyə-Azərbaycan birgə hərbi təlimləri keçirildi. 2021-ci ilin yaz-yay aylarında yeni təlimlərin keçirilməsi gözlənilir. Maraqlıdır, iki ölkə arasında davamlı təlimlərin keçirilməsi hərbi əhəmiyyəti ilə yanaşı, hansı siyasi önəm daşıyır? Bunu Ankara və Bakının beynəlxalq ictimaiyyətə mesaj kimi dəyərləndirmək olar?

 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Natiq Miri birgə hərbi təlimlərin zəruri olduğunu və ordumuz üçün müsbət nəticə verəcəyini bildirib:

"Təlimlərin keçirilməsinin əsas iki hədəfi var. Birinci hədəf Azərbaycan ordusunun modernləşdirilməsi və kiçik Türkiyə ordusu modelində müasir, döyüşkən və peşəkar bir ordunun yaradılmasına xidmət edir. Bu çox vacib məsələdir. Çünki 44 günlük Vətən müharibəsində ordumuzun qəhrəmanlığı və şücaəti böyük olsa da idarəetmədə müəyyən boşluğun olması ortaya çıxdı. Bu boşluğun aradan qaldırılması üçün də mütləq mənada bu cür təlimlərə ehtiyac var. Türkiyə ordusu məlum olduğu kimi NATO-nun ən böyük və döyüşkən ikinci ordusudur. Bu mənada birgə təlimlər uğurlu nəticələr əldə etməyə xidmət edəcək".

 

Politoloq təlimlərin həm də siyasi mesaj olduğunu da diqqətə çatdırıb:

"Məsələnin ikinci tərəfi isə Ermənistan və onun havadarlarına verilən siyasi mesajdır. İrəvanda revanşistlərin hakimiyyəti dəyişmək istədiyi vaxtda bu təlimin keçirilməsi xüsusi önəm daşıyır. Təlimlər Qarabağ klanına dəstək olan qüvvələrə bir mesajdır ki, Ermənistanda hakimiyyətin dəyişib-dəyişməməsindən asılı olmayaraq Azərbaycan öz siyasi və geosiyasi maraqlarını sonunadək təmin edəcək gücə sahibdir və Türkiyə də bizə dəstəkdir. Bu yaxın perspektivdə Türkiyə qırıcılarının riskli vəziyyət yaranacağı təqdirdə sərhədboyu istiqamətində hərəkətə keçə biləcəyi anlamını da verir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir