Modern.az

Paşinyan “İsgəndər” raketi barədə dediyi sözləri GERİ GÖTÜRDÜ

Paşinyan “İsgəndər” raketi barədə dediyi sözləri GERİ GÖTÜRDÜ

Dünya

1 Mart 2021, 13:41

Ermənistan və Rusiya liderlərinin bir neçə gün öncə baş tutan telefon danışığının detalları məlum olub.

Modern.az-ın məlumatına görə, danışıqlar barədə Nikol Paşinyanın mətbuat xidmətinin rəhbəri Mane Qevorkyan açıqlama verib.

 

“Bir neçə gün öncə Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında “İsgəndər” raketləri ilə bağlı deyilənlər də müzakirə olunub. Faktların tutuşdurulması zamanı baş nazir raketlərlə bağlı düzgün məlumatlandırılmadığı barədə qərara gəlib”- deyə açıqlamada deyilir.

 

Mətbuat katibi Rusiya silahının dünyanın ən yaxşı silahlarından biri olduğunu vurğulayıb.

Xatırladaq ki, Nikol Paşinyan “İsgəndər” raketlərinin Qarabağ döyüşləri zamanı istifadə edildiyini, lakin partlamadığını söyləmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır