Modern.az

8 Mart üçün pul yığsalar, bu nömrəyə zəng vurun! - Nazirlik

8 Mart üçün pul yığsalar, bu nömrəyə zəng vurun! - Nazirlik

2 Mart 2021, 11:10

Təhsil Nazirliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə məktəblərdə yarana biləcək xoşagəlməz hallarla bağlı ictimaiyyətə müraciət edib.

 

Modern.az xəbər verir ki, müraciətdə bu və ya digər hallarla bağlı Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə və ya elektron ünvanına müraciət etmələri qeyd olunur:

 

“Təhsil Nazirliyi qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir. Bu gün pedaqoji heyətimizin böyük əksəriyyətini təşkil edən xanım müəllimlərimizin həm də fədakar ana kimi Vətən müharibəsində iştirak etmiş qəhrəman övladlarımızın yetişməsində rolu danılmazdır.

 

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə cəmiyyət olaraq birgə mübarizə aparmalı, dəyərlərimizi qorumalı və gələcək nəsillərə çatdırmalıyıq.

 

Bu və ya digər hallarla bağlı Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) və yaxud [email protected] elektron poçt ünvanına anonim olmadan müraciət edə bilərsiniz”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi