Modern.az

Naftalanda Körpələr evi-Uşaq bağçası təmir edilib - FOTOLAR

Naftalanda Körpələr evi-Uşaq bağçası təmir edilib - FOTOLAR

Aktual

2 Mart 2021, 12:18

Naftalan şəhər Körpələr evi-Uşaq bağçasının bir sıra otaqlarında təmir işləri aparılıb.

 

Modern.az xəbər verir ki, təmir zamanı qarşıya qoyulan əsas məqsədlərdən biri istifadə edilən materialların düzgün seçilməsi idi. Bu zaman ekoloji cəhətdən təmiz, insan sağlamlığına zərəri olmayan təmir materiallarından istifadə əsas meyar kimi götürülmüşdür. “Pittsburgh Colors” şirkəti, dünya boya sahəsinin nəhəngi olan ABŞ-ın “Pittsburgh Paints” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Şirkətin az qoxulu, antibakterial və ən əsası hipo-alergen xüsusiyyətlərini özündə birləşdirən boyaları yüksək texnologiyalar əsasında hazırlanmışdır. Qeyd etmək istərdik ki, 135 ildən çox təcrübəsi olan PPG Paints NHL- Milli Xokkey Liqasının rəsmi boyası olmaqla yanaşı  dünya nəhəngləri Boing tipli təyyarələrin və kosmik Shuttların  boyanmasında da istifadə olunur.

 

“Uşaqlar bizim gələcəyimizdir” şüarına uyğun olaraq, hər zaman onların sağlamlığının qayğısına qalmalıyıq. Əminik ki, gələcəyimiz olan uşaqların daha yüksək keyfiyyətlə təmir olunmuş geniş və işıqlı qrup otaqlarında təlim-tərbiyə alması, hər bir uşağın və valideyinin sevincinə səbəb olacaqdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır