Modern.az

Yeni evlərin qazlaşdırılması başa çatdı - FOTOLAR

Yeni evlərin qazlaşdırılması başa çatdı - FOTOLAR

Aktual

2 Mart 2021, 17:07

2010-cu ildə Kür çayının daşması nəticəsində Salyan şəhəri, Ə.Quliyev küçəsində zərər görən evlərin əvəzində dövlət tərəfindən inşa edilərək sakinlərə təhvil verilmiş evlərin qazlaşdırılması ilə əlaqədar bu ilin yanvar ayında başlanılan tikinti-quraşdırma işləri başa çatıb.

 

“Azəriqaz”dan Modern.az-a verilən məlumata görə, “Gilan evləri” adlanan yeni massivdə mövcud olan 118 fərdi yaşayış evinin 10-u indiyədək sakinlərin öz vəsaiti hesabına qazlaşdırılıb. Digər 108 fərdi yaşayış evindən ibarət yeni yaşayış massivinin qazlaşdırılması üçün iki pilləli sistem əsasında ümumi uzunluğu 4341 metr olan müxtəlif diametrli yerüstü polad boru ilə qaz xətləri çəkilib. Hər bir fərdi yaşayış evinə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

 

Qeyd edək ki, qaz açılışı təmin olunan “Gilan evləri” adlanan yeni yaşayış massivində Vətən Mühribəsində şəhid olan Famil Hicran oğlu Camalzadənin ailəsi də yaşayır. Onların da fərdi yaşayış evi qazla təchiz olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?