Arxiv
3 mart 2021, 17:16 | AKTUAL
İtaliya Parlamenti minalanmış ərazilərin xəritələrini tələb edir

Bu ilin 2 mart tarixində İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında qəbul edilən “Ermənistan və Azərbaycan arasında razılaşmanın yerinə yetirilməsi vəziyyəti haqqında” qətnamədə üçtərfli bəyanatın yerinə yetirilməsinə xüsusi diqqət ayrılması və bir sıra məsələlərlə bağlı Azərbaycanın çağırışlarının dəyərləndirilməsi müsbət haldır və bu, İtaliya Parlamentinin bölgədə sülhün, əminamanlığın təmin edilməsində maraqlı olıduğunu bir daha nümayiş etdirir. 

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli deyib.

 

Millət vəkili qətnamənin balanslaşdırılmış xarakter daşıdığını vurğulayıb: “Qətnamənin mətnindən aydın oldur ki, İtaliya Parlamentinin məqsədi Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunması, noyabrın 10-da imzalanmış bəyanatın bütün müddəalarının yerinə yetirilməsidir. İtaliya Parlamentinin İtaliya hökumətinə Ermənistan və Azərbaycan arasında gələcək barışıq şəraitinin yaranması üçün etimad, quruculuq tədbirlərini təşviq etmək istiqamətində hər iki dövlətlə ikitərəfli səviyyədə iş aparmağı tapşırması isə çox önəmli bir yanaşmadır və İtaliya hökumətinin də 10 noyabr bəyanatının yerinə yetirilməsinə, bütövlükdə sülh prosesinə dəstəyini təşviq edir”.

 

Azər Kərimlinin sözlərinə görə, qətnamədə yer alan digər önəmli məqam Azərbaycanın 10 noyabr bəyanatında üzərinə götürülən öhdəlikləri yerinə yetirməsi ilə bağlıdır: “Qətnamədə Azərbaycan tərəfinin üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirdiyi, müharibədən əvvəl və müharibə zamanı tutulmuş bütün erməni hərbi əsirləri qaytardığı qeyd olunub, Azərbaycan tərəfində saxlanılan ermənilərin məhz 10 noyabr tarixli Bəyanatın imzalanmasından sonra həbs olunduğu bildirilib.  Bu isə, öz növbəsində Azərbaycanın öz öhdəliklərinə sadiq qalan məsuliyyətli bir dövlət olduğunun İtaliya Parlamenti səviyyəsində vurğulanması, hərbi əsirlərlə bağlı Ermənsitan tərəfinin manipulyativ informasiya siyasətinin həqiqəti əks etdirmədiyinin dolayısıyla diqqətə çatdırılmasıdır”.

 

Millət vəkili minalanmış ərazilərlə bağlı İtaliya Parlamentinin mövqeyini əks etdirən yanaşmanın da təqdirəlayiq olduğunu bildirib: “Qətnamədə İtaliya hökuməti qarşısında ərazilərin minalardan təmizlənməsi əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəfləri konstruktiv fəaliyyət göstərməyə dəvət etməsi və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsini istəməsi vəzifələri qoyulması mühüm əhəmiyyət daşıyır. Düşünürəm ki, bu məqam Ermənistanın qeyri-konstruktiv davranışlarına diqqət çəkilməsi baxımından da önəmlidir”.

 

Azər Kərimli qətnamənin digər ölkələrin parlamentləri üçün də nümunə ola biləcəyini diqqətə çatdırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağac budağının içərisi ilə rezin boru yeridərək qaz xəttinə qanunsuz qoşuldu - VİDEO 20 Aprel 2021, 19:37 Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olundu 20 Aprel 2021, 19:25 Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı qərarlarında dəyişiklik etdi 20 Aprel 2021, 19:17 Yeniyetmə su kanalında batdı 20 Aprel 2021, 19:08 Paşinyan:Heç təsəvvür edirsinizmi ki, Azərbaycanla yolların açılması bizə hansı xeyri verəcək?” 20 Aprel 2021, 19:00 Meyxanaçı Rəşad Dağlı məsuliyyətə cəlb olundu - VİDEO 20 Aprel 2021, 18:53 Azərbaycanda saxlanan erməni hərbçilərə qohumları ilə əlaqə qurmağa imkan YARADILDI 20 Aprel 2021, 18:47 İtkin düşən iki hərbçimizin nəşi tapılaraq ailəsinə təhvil verilib 20 Aprel 2021, 18:38 Havada tozun miqdarı normadan artıqdır 20 Aprel 2021, 18:30 Cəbrayıllı şəhid ailəsindən çox təsirli MƏKTUB 20 Aprel 2021, 18:22 Parlamentdə Milli Koordinatorun məruzəsi müzakirə olunub 20 Aprel 2021, 18:16 Nazirlikdən “Sovetski” sakinlərinin iddialarına CAVAB 20 Aprel 2021, 18:10 İdman Akademiyası intihar edən tələbə barədə: “Çalışqan və aktiv idi” 20 Aprel 2021, 18:04 Minalanmış ərazilərin xəritələrinin verilməməsi beynəlxalq hüquqa ziddir 20 Aprel 2021, 17:54 İtkin düşən hərbçilərin axtarışları bu ərazilərdə aparılır 20 Aprel 2021, 17:48 Prezidentin Hacıqabul səfərindən FOTOLAR 20 Aprel 2021, 17:42 Hərbi Prokurorluq: 2889 şəhidin şəxsiyyəti müəyyənləşdirilib  20 Aprel 2021, 17:36 İftar süfrəsinə qadağa - Ramazanda necə savab qazanmaq olar? 20 Aprel 2021, 17:32 Hərbi Prokurorluq itkin hərbçilərimizin sayını AÇIQLADI 20 Aprel 2021, 17:30 Nazirlik rəsmisi: Bakının yalnız 50-55 faizində kanalizasiya şəbəkəsi var 20 Aprel 2021, 17:28 Nardarandakı daş karxanasının fəaliyyəti dayandırılacaq 20 Aprel 2021, 17:24 Azərbaycanda partiya sədri ailəliklə koronavirusa YOLUXDU 20 Aprel 2021, 17:18 “Acınohur” gölü quruyur 20 Aprel 2021, 17:12 Məhkəmə Rövşən Əkbərovun vəsadətini rədd etdi 20 Aprel 2021, 17:06 İranda prezident Ruhaniyə qarşı İTTİHAM 20 Aprel 2021, 17:00 Xankəndidə erməni qız rus sülhməramlıdan HAMİLƏ QALDI 20 Aprel 2021, 16:54 İqtisadiyyat Nazirliyindən sahibkarlara XƏBƏRDARLIQ 20 Aprel 2021, 16:53 Hadrutda daha 2 erməni hərbçinin meyiti tapıldı 20 Aprel 2021, 16:48 Çingiz Abdullayev: “Gülüş ən qorxunc silahdır” 20 Aprel 2021, 16:47 Azərbaycanda daha 14830  nəfərə vaksin vuruldu 20 Aprel 2021, 16:42 Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi AÇIQLANDI 20 Aprel 2021, 16:39 Yoluxma sayı 2000-i ötdü, 34 nəfər öldü 20 Aprel 2021, 16:35 Yeni sədr idarə rəislərinə tapşırıqlar verdi 20 Aprel 2021, 16:32 COVID-19 peyvəndi hazırlayan azərbaycanlı professor Modern.az-a DANIŞDI: “Sprey formasındadır” 20 Aprel 2021, 16:26 Türkiyə XİN-ə yeni sözçü təyin edildi 20 Aprel 2021, 16:21