Modern.az

Gürcü nazirdən Ermənistana ULTİMATUM

Gürcü nazirdən Ermənistana ULTİMATUM

Aktual

3 Mart 2021, 17:26

Xəzər bölgəsində əməkdaşlıq bütün region üçün çox əhəmiyyətlidir.

 

Modern.az xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani deyib.

 

Nazir türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündə Gürcüstan-Türkiyə-Azərbaycan üçlü əməkdaşlıq məsələsini müzakirə etdiklərini bildirib:

 

“Azad ticarət razılaşması haqqında da danışdıq. Bu razılaşma ilə aramızdakı ticarət münasibətləri daha da inkişaf edəcək”.

 

Zalkaliani Qarabağ müharibəsindən sonra bölgədə başlayan 3+3 formatı görüşlərinin Gürcüstan tərəfindən necə qarşılandığına da toxunub:

 

“Bölgəmizdə sabitliyin təmin olunmasının hamı üçün əhəmiyyətini anlayırıq. Ancaq bu platformalarda yer alan ölkələr mütləq başqa ölkələrin müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. Gürcüstan bu platformaların xaricində qalmamalıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir