Modern.az

“Əlillər əmək qabiliyyətsiz sayılmır” - Dövlət Məşğulluq Agentliyinin sədri

“Əlillər əmək qabiliyyətsiz sayılmır” - Dövlət Məşğulluq Agentliyinin sədri

5 Mart 2021, 12:28

“Qanunvericiliyə əsasən, işsiz şəxs işi və qazancı olmayan iş axtaran, işə başlamağa hazır olan, əmək qabiliyyəti yaşında olan əmək qabiliyyətli şəxslər sayılır. Yalnız əmək zəmanəti olmayan şəxslər əmək qabiliyyətsiz sayılır və onlar məşğulluq tədbirlərinə cəlb oluna bilmirlər”.

 

Modern.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Sosial saat” verilişində Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bildirib.

 

M.Abbasbəylinin sözlərinə görə, I qrup və digər əlillik qrupları heç də əmək qabiliyyətsiz sayılmır:

“Əgər hər hansı vətəndaşın əlilliklə bağlı sənədində onun əmək zəmanəti ilə bağlı əmək qabiliyyətsiz qeyd olunubsa, həmin şəxs Tibbi Sosial Ekspertiza Komissiyalarına müraciət edib müvafiq düzəlişlər etdirə bilər. Əmək zəmanəti icazə verdiyi hallarda I qrup əlilliyi olan şəxslər nəinki müraciət edə bilər, hətta onlar digərlərinə münasibətdə daha üstün hüquqa malikdilər”

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir