Modern.az

\"Barselona\" səfərdə qələbə qazandı

\

7 Mart 2021, 02:01

İspaniya La Liqasının 26-cı turunda "Barselona" səfərdə "Osasuna"nın qonağı olub.

 

 

Modern.az xəbər verir ki, matç Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

 

Qolları Alba (30) və İlaix (83) "Osasuna"nın qapısından keçirib. Hər iki qola Lionel Messi assistlik edib.

 

Qeyd edək ki, bu qələbə ilə "Barselona" turnir cədvəlindəki xallarını 56-ya çatdırıb. İndi bu komandanı lider "Atletiko Madrid"dən 2 xal ayırır.

"Osasuna" isə 28 xalla 13-cü yerdə qalıb.

 

T.İSMAYIL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI