Arxiv
7 mart 2021, 11:58 | DÜNYA
Avstriyanın səhiyyə nazirindən “pandemiyada pandemiya” xəbərdarlığı

Avstriyanın səhiyyə naziri Rudolf Anşober ölkədə koronavirusa yoluxma hallarının və mutasiyaya uğramış variantlara dair xəbərləri şərh edərkən “pandemiyada pandemiya“ barədə xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, bu xəbərdarlığın əsasında ötən bir neçə həftədə Avstriyada koronavirusun Böyük Britaniya ştammının kəskin şəkildə artması dayanır. Qeyd edilib ki, yanvarın ortalarında ölkədə virusun əsas variantına yoluxma ümumi yoluxma halları 61,5 faiz olduğu halda, fevralın sonunda bu göstərici 36,3 faizə düşüb. Fevralın sonunda Britaniya variantı ümumi yoluxmaların 58,4 faizini təşkil edib.

 

R.Anşober bildirib ki, Britaniya variantının dominant mövqeyə yüksəlməsi heç də ürəkaçan xəbər deyil. Çünki bu variant əsas variantla müqayisədə daha yoluxucudur. Belə ki, əsas variantın reproduksiya ehtimalı 1-ə, Britaniya variantında isə 1,23-ə bərabərdir. Britaniya variantının sürətlə yayılması ölkədə koronavirusa yoluxma risklərini də artıra bilər.

 

Nazir qeyd edib ki, yoluxma səviyyəsini nəzarətdə saxlaya bilmək üçün Britaniya ştammının daha çox yayıldığı rayonlarda təhlükəsizlik tədbirləri gücləndirilib və rayon ərazisini tərk etmək istəyənlər mütləq şəkildə testdən keçirilir. Hazırda ölkədə 800 min insana peyvəndin ilk və ya ikinci komponentinin tətbiq edildiyi, qarşıdakı aylarda ölkəyə yeni dozaların gətiriləcəyi diqqətə çatdırılıb. R. Anşober ölkə əhalisini epidemioloji vəziyyətin tələb etdiyi gigiyena qaydaları və təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyə çağırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı limanı özəl idarəetməyə verilə bilər 23 Aprel 2021, 21:25 Baydendən Ermənistan prezidenti barədə sensasiyalı açıqlama – VİDEO 23 Aprel 2021, 21:07 Güləşçimiz Avropa çempionatının finalına yüksəldi 23 Aprel 2021, 20:52 Erməni patriarx 1915-ci il hadisələrini siyasi alətə çevirməməyə çağırdı 23 Aprel 2021, 20:38 Moskvadan Bakıya gələn təyyarə Rusiyada təcili eniş etdi 23 Aprel 2021, 20:23 Müəllimlər koronavirusa yoluxdu, məktəb bağlandı 23 Aprel 2021, 20:09 Hikmət Hacıyev və Ukrayna Prezidenti Ofisinin rəhbərinin müavini ilə  məsləhətləşdilər 23 Aprel 2021, 20:00 Ünvanlı dövlət sosial yardımları ödənildi 23 Aprel 2021, 19:50 Lənkəran Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE 23 Aprel 2021, 19:41 Hüseynbala Mirələmovun YAP-dan çıxarılmasına bu şəxslər “HƏ” deyiblər - SİYAHI 23 Aprel 2021, 19:09 Naxçıvan Qarnizonu Qoşunlarında rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib - VİDEO 23 Aprel 2021, 19:00 Qubada “Sadiq dost” açıldı 23 Aprel 2021, 18:52 Senat sədrinin fəlsəfəsi: respublikaçılıq yoxsa şovinizm?! 23 Aprel 2021, 18:45 Nazirlik acından ölən atlara yardım göstərdi - FOTOLAR 23 Aprel 2021, 18:38 Merkel Almaniya Bundestaqında dindirildi 23 Aprel 2021, 18:30 Ramazana məxsus ibadətlər hansılardır? - AÇIQLAMA 23 Aprel 2021, 18:21 İranla sərhəddə bu ərazinin təhlükəsizliyi Azərbaycana həvalə OLUNDU 23 Aprel 2021, 18:14 Qarabağda daha 5 erməni cəsədi tapıldı 23 Aprel 2021, 18:07 Əli Əsədov qərar imzaladı 23 Aprel 2021, 18:00 Aİ Azərbaycanda yeni layihənin icrasına başlayır 23 Aprel 2021, 17:56 Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr mərhələli keçiriləcək 23 Aprel 2021, 17:52 Ağdamdakı erməni vəhşiliyi Fransa mətbuatında 23 Aprel 2021, 17:46 Koronaviruslu xəstədən rüşvət alan daha bir həkim TUTULDU 23 Aprel 2021, 17:40 Rusiyalı həkimlər Qarabağda erməniləri müalicə edirlər 23 Aprel 2021, 17:34 Prezident Universitetə rektor TƏYİN ETDİ - FOTO 23 Aprel 2021, 17:28 Yeni Səhiyyə naziri kimdir? - DOSYE 23 Aprel 2021, 17:23 Azərbaycanda 200-dək jurnalist peyvənd olunub 23 Aprel 2021, 17:20 Havadakı tozun miqdarı axşam saatlarında azalacaq 23 Aprel 2021, 17:18 Azərbaycanlı güləşçi erməni rəqibini məğlub etdi 23 Aprel 2021, 17:12 “İlin sonuna müştərilərimiz filiallarımızda əhəmiyyətli dəyişikliklər görəcəklər” 23 Aprel 2021, 17:06 Nar” məktəblilər üçün “Oxu Saatı” layihəsinə start verir 23 Aprel 2021, 17:00 İcra başçısı müşavirə keçirdi - FOTO 23 Aprel 2021, 16:54 Navalnı aclıq aksiyasını dayandırdı 23 Aprel 2021, 16:48 Səhiyyə nazirinin səlahiyyətləri bu şəxsə həvalə olundu 23 Aprel 2021, 16:43 Son sutkada peyvənd olunanların sayı AÇIQLANDI 23 Aprel 2021, 16:38