Modern.az

Küveytli media rəhbəri Azərbaycan Prezidentinin mətbuat konfransından yazdı

Küveytli media rəhbəri Azərbaycan Prezidentinin mətbuat konfransından yazdı

7 Mart 2021, 14:48

Bildirmək istərdik ki, Azərbaycan Respublikasının Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinin dəvətilə ölkəmizə səfər edən Küveyt Elektron Media Birliyinin rəhbəri cənab Feysəl Xəlifə Əs-Səvvağ Azərbaycan Respubilikasının Prezidenti cənab İlham Əliyevin 26 fevral 2021-ci il tarixində xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı haqqında “Dasman.News.Com” xəbərlər portalında ərəb dilində geniş məqalə ilə çıxış edib.

 

Modern.az xəbər verir ki, o, yazdığı məqaləsində AR Prezidentinin 4 saatdan çox davam edən mətbuat konfransında 35-dən çox ölkənin media nümayəndələrinin 50-yə yaxın sualına ətraflı cavab verdiyini qeyd edib.

 

Prezident İlham Əliyevin Xocalı soyqırımı, onun İƏT, TDƏŞ beynəlxalq təşkilatlar və bir neçə dövlətlərin qanunverici orqanlarındatanınması, həmçinin Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsi dövründə Xocalı da daxil olmaqla bütün işğal olunmuş torpaqların azad edilməsi barədə dünya ictimaiyyətinə çatdırdığı fikiləri məqalədə yer alıb.

 

Qeyd edilir ki, ərəb media nümayəndələrinin işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı misli görünməmiş dağıntıların şahidi olduqları, o cümlədən dağıdılmış vəziyyətdə olan qədim məscidin işğal zamanı heyvanlar üçün tövlə kimi istifadə edilməsi, habelə Ermənistan tərəfindən işğal edilmiş digər ərazilərdə də məscidlər, türbələr, qəbiristanlıqlar, ümumiyyətlə Azərbaycan xalqına məxsus mədəniyyət abidələrinin tamamilə dağıdılması ilə bağlı sualına cavab olaraq Prezident İ.Əliyev -“Ağdam şəhərinin görüntüləri hamımız üçün çox ağrılıdır və bütün dünya bunu görməlidir. Ağdam məscidində donuz, inək saxlanılması Ermənistan tərəfindən bütün müsəlman aləminə edilən təhqirdir. Biz bunu belə qəbul edirik. Bu təhqiri edənlər bu gün Ermənistan siyasi müstəvisində də özləri üçün yer tapmaq istəyirlər.İslam müqəddəslərinin təhqirini özünə rəva bilənlər heç vaxt müsəlman ölkələri ilə dost ola bilməzlər” – deyə bildirib. 

 

Azad edilmiş ərazilərdə mədəni abidələrin bərpasında beynəlxalq təşkilatlar və müsəlman ölkələri hansı konkret rol oynaya bilər sualına isə cavab olaraq prezident bildirmişdir ki, “Əlbəttə ki, İslam ölkələrinin nümayəndələri bu məsələ ilə bağlı öz təkliflərini verirlər. ICESCO-nun nümayəndə heyəti Azərbaycanda olub. Onlar Ağdam məscidini ziyarət etmişlər və ondan sonra ICESCO-nun Baş katibi ilə görüş əsnasında belə bir təklif irəli sürülüb ki, ICESCO bizim tarixi abidələrimizin bərpası işində öz rolunu oynaya bilər. Biz bunu alqışlayırıq. Digər müsəlman ölkələrinin nümayəndələrinin təşəbbüslərini də alqışlayırıq. Biz bu bərpa işlərini İslam həmrəylik bayramına çevirməliyik. Çünki Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi ilə bağlı çox ardıcıl siyasət aparır. İslam Əməkdaşlıq Təşkilatının xətti ilə ölkəmizdə keçirilmiş müxtəlif tədbirlər, eyni zamanda, prinsipial məsələlərlə bağlı açıq mövqeyimiz, əlbəttə ki, İslam aləmində də bizə böyük nüfuz qazandırıb. Müsəlman ölkələri arasındakı birlik, həmrəylik bizim hamımız üçün lazımdır”.

 

Daha sonra müəllif qeyd edir ki, Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Azərbaycanda bir çox tədbirlər təşkil olunmuşdur. Bu tədbirləri işıqlandırmaq üçün xarici media nümayəndələrinin  işğaldan azad edilmiş torpaqlara səfəri təşkil olunmuşdur. Biz də Ağdam şəhərinə səfərimiz zamanı o dağıntıları öz gözlərimizlə gördük və orada misli görünməmiş cinayətlərin törədildiyinin şahidi olduq. Həmin əraziləri Hirosimaya, Naqasakiyə bənzətmək olar.

 

Bizim orada gördüklərimizin İraq prezidenti Səddam Hüseynin Küveytə hücümu zamanı İraq hərbi qüvvələri tərəfindən həyata keçirilmiş əməliyyatlardan sonra baş vermiş soyğunçuluq və qarətçilik əməllərindən dəfələrlə çox olduğunun şahidi olduq.

 

44 günlük müharibə zamanı Azərbaycan işğal olunmuş əraziləri işğalçı qüvvələrin əsarətindən azad edərək, Dağlıq Qarabağ ilə əlaqəli məsələlərin böyük bir hissəsinin həllinə nail olmuşdur.

 

Azərbaycanın geri qaytardığı ərazilər son 100 ildə xarici qüvvələr tərəfindən işğal olunmuş müsəlman torpaqlarından ilk azad olunan torpaqlardır.

 

//dasmannews.com/2021/03/06/%d8%a8%d8%a7%d9%84%d8%b5%d9%88%d8%b1-%d8%b1%d8%ad%d9%84%d8%aa%d9%8a-%d8%a7%d9%84%d9%89-%d8%ac%d9%85%d9%87%d9%88%d8%b1%d9%8a%d8%a9-%d8%a7%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d8%a8%d9%82/

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi