Modern.az

Son sutkada Gürcüstanda 15 nəfər koronavirusdan ölüb

Son sutkada Gürcüstanda 15 nəfər koronavirusdan ölüb

8 Mart 2021, 10:40

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  147 yoluxma halı qeydə alınıb, 15 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytı məlumat yayıb.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  272 998, ölənlərin sayı isə 3 591 nəfərə çatıb.

 

Virusa yoluxanlardan 266 886 nəfərin sağaldığı bildirilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü