Arxiv
17 mart 2021, 13:22 | ANALİTİKA
Ermənistan sərhəddəki ərazilərimizdən geri çəkilir - Qazaxın 7 kəndinə də növbə çatacaq

“Ermənistanda hərbi-siyasi gərginlik bitəndən sonra, Üçtərəfli bəyanatda qəbul edilmiş bütün qərarların icrası həlli mümkün olacaq”.


Bu sözləri Modern.az-a hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatından sonra Ermənistanla Azərbaycan arasında olan mübahisəli məsələlər barədə danışarkən deyib.


O, Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya işlərinin davam etdiyini, hazırda Qubadlı və Laçın rayonlarında dövlət sərhəddi ilə bağlı dəqiqləşdirilməli yerlərin qaldığını bildirib:


“Qubadlı və Laçın rayonlarında dövlət sərhəddinin dəqiqləşdirilməsi gedir. Artıq sərhəddəki bəzi mübahisəli yerlərdən ermənilər köçürülüb. Hazırda həmin ərazilərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri xidmət aparır. Bu məsələ ilə bağlı yeni qərarlara ehtiyac yoxdur. Mən belə anlayıram ki, sərhədlərin dəqiqləşdirilməsi üçün sadəcə zaman lazımdır. Çünki sərhəd xətlərinin keçəçəyi ərazilər müəyyən komisiya tərəfindən dəqiqləşdirilməlidir. Və bununla əlaqədar dövlət səviyyəli işlər aparılır”.


Hərbi ekspert Ermənistanda nisbi sakitlik olandan sonra bütün məsələlərin həll olunacağını qeyd edib:


“Hələlik Qazaxın işğal altındakı 7 kəndi də ermənilərin nəzarətindədir, Azərbaycana təhvil verilməyib. İndi Qubadlı, Laçın, Kəlbəcər və digər rayonlardan keçən sərhədlər dəqiqləşdirilir, bu istiqamətdə işlər gedir.

Mən düşünürəm ki, Ermənistanla dövlət sərhəddimiz tam dəqiqləşdiriləndən sonra Qazaxın da 7 kəndinin məsələsi həll olunacaq. Çünki üçtərəfli bəyanatda bununla əlaqəli imzalanmış sənəd var. Sadəcə, bu sənədi icra etmək üçün zaman lazımdı. Vaxt gəlib çatanda o məsələlər hamısı öz həllini tapacaq”.



Ş.Ramaldanov Ermənistanın hazırda hökm sürən gərgin siyasi vəziyyətində qərar verilməsinin çətin olduğunu deyib:


“Onu da qeyd edim ki, bu məsələlərin icrasının gecikmə səbəbi Ermənistanda hərbi-siyasi rəhbərliyin vəziyyətinin çox gərgin olmasıdır. Daim daxili-siyasi çəkişmələr və xaricdən olan təsirlərin nəticəsində yaranan vəziyyət qərar qəbul etməyə imkan vermir. İmzalanmış sənəddəki qərarlarla bağlı hər hansı bir fikir qarşı tərəfdə münaqişələri artırır.

Ona görə Ermənistanda vəziyyət sabit olduqdan və hökumət daxildə bütün proseslərə nəzarət ediləndən sonra bu məsələlərin də həllini tapmaq üçün hansısa praktiki addımlar atılacaq. Bu vəziyyətdə hər hansı qərar verməyi mümkünsüz sayıram. Bütün məsələlərin həll olunması üçün bir qədər səbr etmək lazımdır”.

 

Fidan İlqarqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan Müqəddəs taxt-tacda səfirlik açır 25 Oktyabr 2021, 14:25 “Qubadlı” yarımstansiyasının açılışı oldu 25 Oktyabr 2021, 14:10 İrəvandan YENİ TƏXRİBAT: Qarabağa 300 milyon ayıracaq 25 Oktyabr 2021, 14:05 İlham Əliyev Ermənistanla sərhəddə hərbi hissənin AÇILIŞINDA 25 Oktyabr 2021, 14:00 Xanlıq-Qubadlı yolunun təməli qoyuldu 25 Oktyabr 2021, 13:56 Prezidentlə xanımı QUBADLIDA 25 Oktyabr 2021, 13:51 “Delimitasiya üçün Xalq Cümhuriyyətinin xəritəsi əsas götürülsün!” – TƏKLİF 25 Oktyabr 2021, 13:45 Ankarada kompozisiya təqdim olundu 25 Oktyabr 2021, 13:40 Koronavirus xəstəsi evi TƏRK ETDİ 25 Oktyabr 2021, 13:34 Ombudsman Ermənistan cinayətlərindən DANIŞDI 25 Oktyabr 2021, 13:28 Şənbə-bazarın yol terroru - 8 qəza, 8 ölü 25 Oktyabr 2021, 13:22 Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? - REYTİNQ 25 Oktyabr 2021, 13:17 Rayon sakinlərindən odlu silah GÖTÜRÜLDÜ 25 Oktyabr 2021, 13:12 Koronavirusun delta ştammının FOTOSU 25 Oktyabr 2021, 13:06 Dələduz qadın tutuldu 25 Oktyabr 2021, 13:00 Azərbaycanın mükafatı fəxri konsula verildi 25 Oktyabr 2021, 12:54 Hamilə qadınlar da peyvənd oluna bilər - RƏSMİ 25 Oktyabr 2021, 12:48 Hadi Rəcəbli HARALARDADI... 25 Oktyabr 2021, 12:45 Rusiya ilə Ermənistan Zəngəzurda hərbi təlimlər KEÇİRDİ 25 Oktyabr 2021, 12:39 Goranboyda şəhidin məzarı ziyarət olunub 25 Oktyabr 2021, 12:35 Qanunsuz meşə materialı AŞKARLANDI 25 Oktyabr 2021, 12:31 Prokurorluq 37 yaşlı kişinin ölümünü ARAŞDIRIR 25 Oktyabr 2021, 12:26 Türkiyədə meşələri yandıran 7 rusiyalı saxlanıldı 25 Oktyabr 2021, 12:20 Azərbaycan hansı ölkədən hərbi təyyarələr alacaq? 25 Oktyabr 2021, 12:15 Sabah Bakıda yağış yağacaq 25 Oktyabr 2021, 12:10 8 maşından OĞURLUQ ETDİ 25 Oktyabr 2021, 12:05 Mehriban Əliyeva Qubadlıdan paylaşım etdi - FOTO 25 Oktyabr 2021, 12:00 Qahirədə müdavimlərlə GÖRÜŞ   25 Oktyabr 2021, 11:55 Sərxoş oğru TUTULDU 25 Oktyabr 2021, 11:50 DOST Mərkəzinə MEDİATUR 25 Oktyabr 2021, 11:46 İrəvan-Gümrü qatarı daşa basıldı 25 Oktyabr 2021, 11:42 Azərbaycanın Türkiyəyə ixracı 2 milyard dollara çatır 25 Oktyabr 2021, 11:38 Paşinyan Qafqazda “sülh dövrü”nün başlandığını ELAN ETDİ 25 Oktyabr 2021, 11:34 Bakının mərkəzində qumbara tapıldı - FOTO 25 Oktyabr 2021, 11:30 Tuneldə QƏZA - FOTO 25 Oktyabr 2021, 11:27