Modern.az

“BakuBus” və “Bakı Metropoliteni”nə nəzarət nazir müavininə həvalə olundu - SƏRƏNCAM

“BakuBus” və “Bakı Metropoliteni”nə nəzarət nazir müavininə həvalə olundu - SƏRƏNCAM

İqtisadiyyat

30 Mart 2021, 15:12

Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinə məxsus “BakuBus” MMC-nin Müşahidə Şurasının tərkibini təsdiq edib.

 

Modern.az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı sərəncamıa Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

 

Müşahidə Şurasının sədri

 

Elnur Əliyev – iqtisadiyyat nazirinin müavini

 

Müşahidə Şurasının üzvləri

 

Şahin Babayev – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının Maliyyə və hesabatlılıq şöbəsinin müdiri

Günel Cavadova – Azərbaycan İnvestisiya Holdinqinin Hüquq departamentinin direktoru.

 

****

Həmçinin “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının da tərkibi təsdiq edilib:

 

Müşahidə Şurasının sədri

 

Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini

 

Müşahidə Şurasının üzvləri

 

Məmməd Abbasbəyli – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini

 

Samir Məmmədov – Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri

 

Zaur Qurbanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

 

Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir