Modern.az

Bakını Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizləri... - XƏRİTƏ

Bakını Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizləri... - XƏRİTƏ

İqtisadiyyat

1 Aprel 2021, 16:44

Erməni politoloq, “Orbeli” analitik mərkəzinin keçmiş əməkdaşı Andranik Ovannisyan Naxçıvanla Azərbaycanın qalan ərazilərini birləşdirəcək nəqliyyat dəhlizləri barədə məılumat verib.

 

Modern.az xəbər verir ki, politoloq Ermənistanın baş naziri Nikol Paşinyanın yanvarın 11-də Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı bununla bağlı şifahi razılıqlar verdiyini söyləyib.

 

Paşinyanın Zəngəzurdan keçərək Naxçıvan və Türkiyəyə uzanan 2 nəqliyyat dəhlizinin açılmasına razılıq verdiyi bildirilir.

 

Bunlar Bakı-Horadiz-Meğri-Naxçıvan dəmir yolu xətti və Bakı-Ağdam-Xankəndi-Laçın-Gorus-Naxçıvan avtomobil yoludur.

 

Ermənistan ərazisindən keçəcək nəqliyyat dəhlizlərinə nəzarəti Ermənistan tərəfi deyil, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları həyata keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...