Arxiv
2 Aprel 2021, 09:22 | ƏDƏBİYYAT
Mehdi Hüseynin “Nizami” pyesi: Xəzərlər Afaqı kəniz edirlər

Mehdi Hüseyn Bərdə şəhərindəki böyük bir həyəti təsvir edir. Bu həyətdən uca saraylar və memar Əbdəkin evi görünür. Hava yeni-yeni işıqlanır. Əyri-üyrü küçə ilə Bərdə cəngavəri Toğrul və Çingiz gəlir. Çingiz deyir ki, Toğrul, bizdən başqa Bərdə şəhərində bir başıpapaqlı qalmamışdır. Vəhşi xəzərlərin birini də sağ buraxmayacağıq. Xəzərlər şəhərə doluşur. Toğrulun bacısı Dəstəgül Afaqa deyir: “Bax görürsənmi? Xəzərlər şəhərə doluşdu. Bərdənin qanlı günləri başlandı. Of... Adamın tükləri ürpəşir. Niyə insanlar vəhşi heyvan kimi bir-birini yeyir. Bu qırğınlar nə üçündür, Afaq?!” Afaqın cavabı mətləbi açır. O deyir: “Bir qarış torpaq üçün. Tökülən qanlar, ölən insanlar, göz yaşları-hər şey, hər şey bu qara torpaq üçündür”.  Oxlar göydən quzğun kimi tökülür. Dəstəgül Afaqa deyir ki, gəl, gedək yaralıların yarasını bağlayaq. Bu zaman yaralı Əbdəki gətirib çardağın altında yerə uzadırlar. Məlum olur ki, onu Toğrul qılıncla arxadan vurubdur. Dəstəgül buna inanmaq istəmir. Ancaq bu acı həqiqəti inkar etmək olmur. Toğrul Afaqa elçi göndərmişdi ki, onun elçilərini Əbdək geri qaytarmışdı. Ona görə geri qaytarmışdı ki, düşmənə qarşı vuruşmaq lazım idi. Əbdək demişdi: “Qılıncla sevgi tutmaz, Toğrul! Sən cəngavərsən, get! qılıncınla düşmənə zərbə endir!” Toğrul bunu unutmamış, Əbədkdən qisas almaq istəyində olmuşdur. O da məlum olur ki, Dəstəgülün qardaşı Toğrul da ölmüşdür. Bu  vaxt xəzərlər həyətə doluşur və müxtəlif tərəflərə dağılışırlar. Bir Xəzər Bərdə gözəli Afaqın üstünə gəlir. Afaqın gözü qılınca sataşır və tez onu götürür. Xəzər Afaqa deyir ki, o incə barmaqlara qılınc yaraşmayır, at yerə o qılıncı, təslim ol. Səni zəngin saraylara qənimət aparacağam. Dəstəgül Afaqı köməyə çağırır. Xəzər isə onların hər ikisinə deyir ki, bu gündən Bərdə gözəlləri bizim ixtiyarımızdadır. Afaq Xəzəri qılıncla vurur. Xəzər dizi üstə qapanır. Bu anda baş verənlər Mehdi Hüseyn tərəfindən belə qələmə alınır:

        “Xəzər. Köməyə gəlin! Köməyə gəlin! (Afaq ona yaxınlaşır) Amandır, məni öldürmə, yalvarıram, keç günahımdan.

        Afaq. Ye bu torpaqdan doyunca!

        Xəzər. Mən bu torpağı necə yeyim?

        Afaq. Elə isə öləcəksən!

        Xəzər. Yalvarıram, sənə Əzrail olmaq yaraşmayır, sən mələksən!

        Afaq. Ye bu torpaqdan, deyirəm sənə.

        Xəzər. Sizlərdə adət belədirmi?

      Afaq. Bəs bu qədər vuruşmaq, günahsız insan qanı tökmək, bu gözəl sarayları yandırıb külə döndərmək nə üçündür? Qoy səni göndərənlər bilsinlər ki, adətimiz belədir. Düşməni məğlub edəndə, biz ona doyunca torpaq yedizdiririk. (Vurub öldürür. Yüyürüb Dəstəgül tərəfə getmək istərkən, bir dəstə xəzər onu əhatə edir. Afaq yenə də vuruşur, amma qılınc əlindən yerə düşür)

    Bir Xəzər. “Aparın, bu mələk saraylara layiq bir hədiyyədir”.

Afaq qardaşı Əbdəki köməyə çağırır. Ancaq sürünə-sürünə irəliləsə də, bacısı Afaqa kömək edə bilmir. Xəzərlər Afaqı da, Dəstəgülü də sürüyüb aparırlar.

Xəzərlərin Afaqı kəniz etməsi Mehdi Hüseynin yazıçı mövqeyinin bəzi mətləbləri açmasına işarədir.

  • a) Bərdə cəngavəri Toğrul Afaqı sevir, ancaq vətəni sevə bilmir. O, vətəni, yəni Bərdəni qorumaq əvəzinə, Afaqın qardaşı Əbdəkə arxadan qılınc çalır. Axı vətənin dar günündə, yəni Bərdənin dar günündə birinci vətəni, yəni Bərdəni qorumaq lazımdır. Vətən, yəni Bərdə qorunarsa, təbii ki, Afaq da qorunar. Ancaq Toğrulun elçiləri Əbdək tərəfindən geri qaytarıldığı üçün o, Əbdəkdən Bərdənin dar günündə qisas alır. Əslində bu, Bərdəyə xəyanətdir;

  • b) Toğrul Afaqı sevir, ancaq anlamır ki, Bərdəni qorumamaqla, daha doğrusu, qorumağı bacarmamaqla, Əbdəkə arxadan qılınc vurmaqla nəticədə Afaqı xəzərlərə kəniz edir;

  • c) Afaq mələk simalı bir xanım olduğu qədər, həm də cəsarətli, qorxmaz və “Düşməni məğlub edəndə, biz ona doyunca torpaq yedizdiririk” deyən, bunun bir adət olduğunu bir Xəzərə görk edən Bərdə gözəlidir.



  • Buludxan Xəlilov,

    filologiya elmləri doktoru, professor

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Gəncədə oğul anasını bıçaqladı 8 May 2021, 01:00 Bayden Putinlə görüşəcəyinə əmindir 8 May 2021, 00:51 Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı 8 May 2021, 00:35 Abşeronda dəhşətli hadisə - maşınlar piyadanın üstündən keçdi 8 May 2021, 00:18 Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI 8 May 2021, 00:05 Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15 Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL 7 May 2021, 18:07 Musa Yaqubdan bir də gəlməyəcək! 7 May 2021, 18:00