Modern.az

“Prezidentliyə namizəd olub-olmayacağım hələlik bilinmir” - MÜSAHİBƏ

“Prezidentliyə namizəd olub-olmayacağım hələlik bilinmir” - MÜSAHİBƏ

11 Sentyabr 2012, 15:15

“Müxalifət rəhbərlərini seçkilərdə özümə rəqib görmürəm” 


Modern.az
Ümid partiyasının sədri, millət vəkil İqbal Ağazadə ilə müsahibəni təqdim edir.

- İqbal bəy, 2013-cü il seçkilərinə yaxışlaşdıqca, siyasi müstəvidə canlanma hiss olunur. Hətta seçkilərə bir ildən çox qalmasına baxmayaraq,  bir sıra partiya rəhbərləri  namizədliklərini irəli sürəcəklərini indidən bəyan ediblər. Siz necə, prezident seçkiləri ilə bağlı hansı işlərə başlamısınız?

-Təbii ki, bizim də bu istiqamətdə qərarlarımız bəllidir. İstənilə halda prezident seçkilərində iştirakın tərəfdarıyıq. Bu istiqamətdə istər müxalifətin vahid namizədi olaraq, istərsə də “Qarabağ” bloku çərçivəsində biz seçkilərdə iştirak edəcəyik. Bu aparılan danışıqlardan sonra dəqiq bilinəcək. Həmçinin ilin sonuna doğru partiyanın qurultayı keçiriləcək. Qurultayda da bu məsələyə  münasibət bildiriləcək. Qeyd edim ki, qurultay çərçivəsində partiyanın səlahiyyətli qurumlarına, “Qarabağ” blokuna cari fəaliyyəti həyata keçirmək üçün tapşırıqlar veriləcək. Bu baxımdan hesab edirəm ki, bizim seçkilərdə iştirakımız təsdiq olunmuş formadadır. Amma hansı şəkildə iştirak edəcəyik, bunun indidən deyə bilmərəm.

- Seçkilərdə namizəd olaraq mübarizə aparacaqsınızmı?

- Mənim namizədliyim məsələsinə gəlincə, bunu qurultay müəyyən edəcək. Namizədliyimlə bağlı müxtəlif rəylər olsa da, partiyanın qurultayında dəqiq bilinəcək mən iştirak edəcəm, yoxsa yox. Hələlik bu bilinmir.

- Siyasi arenada əsas müttəfiqiniz olan Sərdar Cəlaloğlu dəfələrlə mətbuata açıqlamasında ən real namizəd kimi sizi göstərirdi. Hətta, o, seçkilərə “Qarabağ” blokunda qatılacaqlarını bildirsə də, sonradan bəyan edib ki, digər bloklarla da prosesə iştirak edə bilərlər. Buna münasibətiniz necədir? Sizcə, “Qarabağ” blokunda yaranan bu fikirayrılığı nə ilə bağlıdır?

- Sərdar bəyin, eləcə də Azərbaycan Demokrat Partiyasının fikirləri bizim üçün önəmlidir. Demokratiyanın bir prosesi hesab etdiyimiz bir siyasi blok kimi biz də heç kimdən geri qalmayacağıq. Onu da qeyd edim iştirakımız ola bilsin ki, “Qarabağ” bloku çərçivəsində baş tutsun, amma vahid namizəd məsələsi də bizim üçün aktualdır.

- İqbal bəy, necə düşünürsünüz, indiki durumda seçkilərdə qalib qəlmək şansınız varmı?

- Düşünürəm ki, seçkilərdə qalib gəlməməyin heç bir alternativi yoxdur. İstənilən seçkilərdə qalib gəlmək mümkündür. Burada sadəcə olaraq tərəflər öz üzərilərinə düşən öhdəlikləri yerinə yetirməlidirlər. Hakimiyyət seçkilərdə qanunlar çərçivəsində davranmalıdır. Namizədlərə efir vaxtı normal bölünməlidir. Seçki Məcəlləsinə düzgün riayət olunmalıdır. Bütün bunlar olarsa,  niyə də qalib gəlməyək. Bunlar baş tutmazsa, təbii ki, fərqli şeylər olacaq.

- Hazırda ölkədəki ictimai-siyasi durumu necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, müxalifət partiyaları ictimai-siyasi baxımdan seçicidən bir qədər aktivdir. Bu da yaxşı hal deyil. Mənə elə gəlir ki, seçici daha aktiv olmalıdır, nəinki partiyalar. Təəssüflər olsun ki, bu gün seçicilərdə bir laqeydlik hissi var. Bu da nəticəsizlikdən doğan bir mənzərədir. Amma zaman keçdikcə regionda baş verən hadisələr, o cümlədən ölkədə baş verən hadisələr seçiciləri daha da aktivləşdirəcək.

- İndiki situasiyadan baxsaq, seçkilərin gərgin olacağı gözlənilir. Hətta, prezident İlham Əliyevin, Müsavat başqanı İsa Qəmbərin, AXCP sədri Əki Kərimlinin və eləcə də digərlərinin seçkilərdə iştirak edəcəyi gözlənilir. Necə hesab edirsiniz, seçkilərdə sizə ən real rəqib kimdir?

- Bizim yeganə rəqibimiz hakimiyyətdir, hakimiyyətdən başqa heç kimi özümüzə rəqib görmürük. Müxalifət nümayəndələrini isə özümə rəqim hesab etmirəm.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir