Modern.az

Bakıda koronavirus xəstəsi intihara cəhd etdi - FOTO

Bakıda koronavirus xəstəsi intihara cəhd etdi - FOTO

Hadisə

7 Aprel 2021, 01:00

COVID-19-a yoluxduğu şübhəsilə səhiyyə xidmətinə müraciət edən qadına yardım edilmədiyindən, o,  intihar edəcəyini yazıb.

 

Modern.az xəbər verir ki, Günel Fərhadqızı bununla bağlı sosial şəbəkə hesabındakı statusda bildirib. O, hər şeydən bezdiyini və  intihar edəcəyini, günahkarın səhiyyə sistemi olduğunu yazaraq, dostlarından halallıq istəyib.

 

Bu statusla əlaqədar polis əməkdaşları həmin qadının yaşadığı ünvanı müəyyən edərək dərhal hadisə yerinə yollanıblar.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə mənzilə daxil olunub. İntahara cəhdin qarşısı alınıb. Həmin qadın hazırda tibb müəssisəsinə yerləşdirilib. Həyati təhlükəsi və sağlamlığında problem yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü