Modern.az

Abşeronda fəhlə torpaq uçqununun altında qaldı

Abşeronda fəhlə torpaq uçqununun altında qaldı

Aktual

8 Aprel 2021, 10:28

Aprelin 4-də saat 17 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı fabriki olan “Rəmzi S” MMC-də fəhlə işləyən Usubov Adəm Famil oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Abşeron prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla Adəm Usubov  qeyd edilən fabrikdə müəyyən işlər görərkən ətrafa yığılmış torpaq yığınının üzərinə tökülməsi nəticəsində hadisə yerində ölməsi müəyyən edilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü