Modern.az

Prezident ona general rütbəsi verdi - SƏRƏNCAM

Prezident ona general rütbəsi verdi - SƏRƏNCAM

Ölkə

9 Aprel 2021, 13:46

Prezident İlham Əliyev tibb xidməti polkovniki Elxan İbrahimovla bağlı sərəncam imzalayıb.
 

Sərəncama əsasən, Elxan Paşa oğlu İbrahimova “tibb xidməti general-mayoru” ali hərbi rütbəsi verilib.

Modern.az-ın məlumatına görə, Elxan İbrahimov 2000-ci ildə leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. Ona mayor (2008-ci il) və polkovnik-leytenant (2013-cü il) baş zabit rütbələri Daxili Qoşunlarda xidmət etdiyi müddətdə daxili işlər nazirinin müvafiq əmrləri ilə verilib.

E. İbrahimov 6 dekabr 2013-cü ilədək Daxili Qoşunlar Baş İdarəsinin Tibb xidmətinin hərbi həkim komissiyasının sədri vəzifəsində xidmət edib.

Həmin tarixdən Müdafiə Nazirliyi Mərkəzi hərbi həkim komissiyasının rəisi vəzifəsinə təyinat alıb.

Elxan İbrahimov 2015-ci ildə “Əməkdar həkim” fəxri adına layiq görülüb.

E.İbrahimov hazırda Müdafiə Nazirliyi Tibb Baş İdarəsi rəisinin müavini vəzifəsində xidmət edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi