Modern.az

Bakıda gənc yol qəzasında xəsarət aldı

Bakıda gənc yol qəzasında xəsarət aldı

11 Aprel 2021, 09:13

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az  xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

 

İnqilab İsmayılov küçəsində iki avtomobilin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü Nəsrullayev Nicat Elşad oğlu müxtəlif xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi