Modern.az

Koronavirusdan sağalanlarda üzə çıxan DƏHŞƏTLİ İZLƏR

Koronavirusdan sağalanlarda üzə çıxan DƏHŞƏTLİ İZLƏR

11 Aprel 2021, 11:03

Britaniya və Amerika alimləri koronavirusun zehni sağlamlığa ciddi təsirinin olduğunu açıqlayıb.

 

Modern.az xəbər verir ki, tədqiqatın nəticələri “Lancet Psychiatry” elmi jurnalında dərc edilib. Bildirilib ki, hər üçüncü COVID-19 xəstəsi infeksiyadan altı ay sonra əsəb və ya zehni xəstəlikdən əziyyət çəkir. Tədqiqatda 236 min xəstə iştirak edib. Mütəxəssislər COVID-19 xəstələrinin ilk infeksiya diaqnozu qoyulduqdan altı ay sonra 14 fərqli sinir və ya zehni xəstəliyi olub-olmadığını yoxlayıb.

 

Məlum olub ki, koronavirusun fəsadları qrip və ya digər tənəffüs yolları xəstəliklərindən daha çoxdur. Qeyd edilib ki, COVID-19 xəstələri arasında beyin problemləri geniş yayılıb. Ən çox görülən əsəb və ya zehni xəstəliklər, narahatlıq, affektiv pozğunluqlar olub. Alimlərin sözlərinə görə, xəstələrin 13 faizinə zehni və ya əsəb xəstəlikləri ilə əlaqəli diaqnozlar ilk dəfə qoyulub.

 

Statistikalara görə, 2020-ci ildə psixoloji dəstəyə və psixoloqların xidmətinə tələb artıb.(Publika.az)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?