Modern.az

Kiyevin “Krım platforması” Kremlin qıcığına səbəb olub

Kiyevin “Krım platforması” Kremlin qıcığına səbəb olub

Dünya

11 Aprel 2021, 16:05

Ukrayna prezidenti Vladimir Zelenskinin təşəbbüsü ilə avqustun 23-də Kiyevdə “Krım platforması” adlı beynəlxalq konfrans keçiriləcək. Aydındır ki, bir konfransla Krım problemini həll etmək mümkün deyil. Ancaq Kiyev istəmir ki, beynəlxalq aləm Krımı unutsun və konfrans vasitəsilə diqqəti yarımadaya cəlb etməyə çalışır.

Vladimir Zelenski Türkiyəyə səfəri zamanı Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanı da adı çəkilən konfransa dəvət etdi. Ərdoğan dəvəti qəbul etdi.

Modern.az xəbər verir ki, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, “Krım platforması” Kremlin qıcığına səbəb olub.

“Kremlin mimimum və maksimum hədəfi var. Minimum hədəfi budur ki, böyük dövlətlər Krımı unutsunlar. Maksimum hədəfi isə budur ki, yaxşı halda Rusiyaya tərəfdaş ölkələrdən bir neçəsi Krımı Rusiyanın ərazisi kimi tanısın.
Kiyevin məqsədi isə Kremlin mimimum və maksimum hədəflərinə çatmağa mane olmaqdır. Krımı beynəlxalq hüquq normalarına uyğun Ukrayna ərazisi tanıyan, ancaq Kremlı qıcıqlandırmamaq üçün Kiyevdəki tədbirə qatılmayanlar da olacaq”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?