Arxiv
11 Aprel 2021, 23:02 | MƏDƏNİYYƏT
Azad Mirzəcanzadənin TƏVAZÖKARLIĞI

1994-cü il. Ankarada işləməyimin iki ili hələ tamam olmamışdı. Martın sonunda Bakıdan zəng gəldi, Telman Salavatov idi – o dövrdə texnika elmləri namizədi, Neft və Kimya institutunun baş elmi işçisi, akademik Azad Mirzəcanzadənin tələbəsi, onun sadiq köməkçisi, asistenti, mənim isə aspirantura illərindən dostlaşdığım gözəl insan. “Azad müəllimlə aprelin ortasında Ankaraya gəlirik” dedi…

Aprelin ortasında Azad Mirzəcanzadə, Kərim Kərimov, Əkrəm Şəkinski kimi nəhəng isimlər böyük bir nümayəndə heyəti ilə 10-cu Petrol Konqresində iştirak etmək üçün Ankaraya gəldilər. Hava limanına gedib əziz müəllimimi, elmi rəhbərimi qarşıladım. Müdafiə etməyimlə elmlər namizədi almağımdan, elmi buraxıb jurnalistikanın dalınca getməyimdən cəmi 5 il keçmişdi…

Azad müəllim onlara ayrılmış maşına deyil, xidməti maşınıma mindi, öndə, mənim yanımda oturdu. Maşın sürməyi sevmirəm, amma ömrümdə maşın sürməkdən belə zövq almamışdım. İstəyirdim ki, xoş olsun ona, istəyirdim ki, özünü yaxşı hiss etsin, güvəndə olduğunu bilsin. Həm istəyirdim ki, elmi araşdırmaları buraxıb, əlimə mikrofon aldığıma görə məni çox da qınamasın. Bütün tələbələri kimi mən də onun ağlına, dünya görüşünə, məntiqinə heyrandım.

Esenboğadan çıxıb avtobana girəndə dünya şöhrətli alimin ilk sözləri “Operatorunuza deyin (Azad müəllim böyük-kiçik, hər kəslə “Siz”lə danışırdı) məni çəkməsin, intervyunu da Kərim[1] versin” oldu. Hiltonda qalacaqdılar, otelin önündə maşından enəndə özünəməxsus təbəssümü ilə “Nəbi[2] minib bu maşına?” soruşdu. “Xeyir, atam hələ gəlməyib Ankaraya” dedim. Üzündəki təbəssüm qaçdı, ayaq saxlayıb üzünü turşutdu və “Bir az işləyin, qayıdın kafedraya” dedi. İlk dəfə etiraf edəcəm – Azad müəllimi dinləmədiyim üçün çoooox peşmanam…

Müəllimimin istədiyi kimi etdim – operatorum Humay Vəliyev Azad müəllimi demək olar ki, çəkmədi, müsahibə də almadım ondan. İndi bu gün keçmişə dönüb baxanda çox peşmançılıq çəkirəm, Azad müəllim haqda o qədər az video-material var ki – gərək mütləq onu yola gətirib müsahibə alaydım. Sözümü dinləyərdi bəlkə də. Məni çox istəyirdi, aspiranturaya məni özü çağırmışdı. Azad müəllim Azərbaycan Dövlət universitetində atama dərs demiş, sonra da onun elmi rəhbəri olmuşdu. Sonlar ikisi eyni institutda işlədilər, həftədə ən azı 4-5 dəfə görüşür, söhbətləşir, seminarlarda iştirak edirdilər. Qibtə ediləcək qədər “Müəllim-Tələbə” münasibətləri var idi.

Toylara və yas məclislərinə getməyən Azad müəlim atam vəfat edəndə başsağlığı verməyə gəldi. Məclisdə ən kənarda, qapıya yaxın yerdə oturub məni yanına çağırdı. Bir qədər oturub qalxdı, onu yola salmağa çıxanda yavaş səslə nəsə təskinlik verdi. Özümü saxlaya bilmədim, hönkürərək ona sarıldım. Azad müəllimin belə sarsıldığını görməmişdim…

Petrol Kongresi bitdikdən sonra Azad Mirzəcanzadə Türkiyənin ən nüfuzlu universitetlərindən olan ÖDTÜ-də (Orta Doğu Teknik Üniversitesi) professor-müəllim heyətinə bir seminar verdi. Orda da çox çəkiliş etməyə icazə vermədi. Telman[3] müəllim olmasaydı 10 saniyəlik o kadrları da çəkməyə qoymayacaqdı…

Bir müddət əvvəl arxivimi dijitala çevirərkən ilk işim Azad Mirzəcanzadənin olduğu materialı tapıb, mühafizə etmək oldu. Təəssüf ki, Hilton otelinin lobisində Azad müəllimin məni Əkrəm[4] müəllimə təqdim etməsi və fəxrlə “Mənim tələbəmdir” dediyi kadrları tapa bilmədim…

Və bu axşam o gözəl günlərdən qalan bir materialı – 27 il əvvəl efirə getmiş reportajı Youtube kanalıma yükləyib, paylaşmaqdan böyük mənəvi həzz alıram…

***

[1] - Tanınmış geofizik, geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü. Kərim Kərimov həm də tanınmış rəssam, karikatura ustasıdır.

[2] - Atam elmlər doktoru, “Nəzəri Mexanika” kafedrasının müdiri, professor Nəbi Yaqubov

[3]- Hazırda Neft Akademiyasının kafedra müdiri, professor, AMEA-nın müxbir üzvü Telman (Tulparxan) Salavatov.

[4]- Tanınmış dövlət xadimi və mühəndis, Dövlət Geologiya Komitəsinin sədri, məşhur geofizik Əkrəm Şəkinski (1929-1998).


İbrahinm Nəbioğlu

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Göyçə gölünün taleyi Azərbaycandan ASILIDIR 8 May 2021, 15:02 AHİK daha 5000 ailəyə ərzaq sovqatı göndərib 8 May 2021, 15:00 “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” 8 May 2021, 14:57 Elçin Quliyev ermənilərin SU-25 təyyarəsinin məhv edilməsindən DANIŞDI 8 May 2021, 14:53 Polis Lənkəranda əməliyyat keçirdi - Saxlanılan var  8 May 2021, 14:48 CBC radiosu Qarabağda yayıma başladı 8 May 2021, 14:42 Azad edilmiş ərazilərdə daha 6 hərbi hissə istifadəyə veriləcək - General-polkovnik 8 May 2021, 14:36 ABŞ Rusiya ilə münasibətlərdə istəyini AÇIQLADI 8 May 2021, 14:30 “Eurovision” şərhçilərimizin adları açıqlandı 8 May 2021, 14:25 Xalq və dövlət üçün yaşanan ömür 8 May 2021, 14:20 Milli Qəhrəman Albert Aqarunovun anım mərasimi keçirilib - FOTO 8 May 2021, 14:15 Azərbaycanda bələdiyyə sədri HƏBS EDİLDİ 8 May 2021, 14:09 AHİK rəhbərliyi Heydər Əliyevin xatirəsini yad ediblər   8 May 2021, 14:03 Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb 8 May 2021, 13:58 NİDA-çı Bayram Məmmədovun nəşi bu gün Bakıya gətiriləcək 8 May 2021, 13:52 Azərbaycanda taxıl biçininə hazırlıqlar BAŞLADI 8 May 2021, 13:46 Azərbaycan diasporu 8 may tarixini necə qeyd edir… 8 May 2021, 13:40 İrandan Laçın dəhlizi vasitəsilə Qarabağa şübhəli yük daşınır - VİDEO 8 May 2021, 13:34 Putin Azərbaycan xalqını TƏBRİK ETDİ 8 May 2021, 13:28 “Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri var” - Tahir Budaqov 8 May 2021, 13:24 Sabah yağış yağacaq - PROQNOZ 8 May 2021, 13:20 Milli Qəhrəman İlqar Mirzəyevin anım mərasimi keçirilib - FOTO 8 May 2021, 13:14 Birinci sinfə şagird qəbulu DAYANDIRILIR 8 May 2021, 13:08 İkinci Dünya müharibəsindən neçə veteranımız qalıb… 8 May 2021, 13:02 MAXE-lər təlimə cəlb olundu - SƏBƏB 8 May 2021, 12:58 Azərbaycanda hansı banklar yaxşı işləyir? - İqtisadçılar siyahı AÇIQLADILAR 8 May 2021, 12:53 Kapital Bank bayram günlərində xidmət göstərəcək 8 May 2021, 12:50 İcra başçısı Milli Qəhrəmanın məzarını ziyarət edib 8 May 2021, 12:49 Bakı Ali Neft Məktəbində Elmi Konfransları başa çatır 8 May 2021, 12:45 BBC İlham Əliyevin simasında tamamilə fərqli situasiya ilə qarşılaşdı - Deputat 8 May 2021, 12:42 Nazirlik bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək 8 May 2021, 12:39 Qənirə Paşayevanın “Addım-addım Yaponiya” kitabı təqdim olundu 8 May 2021, 12:36 Yükdaşıma qaydalarını pozanlar CƏZALANDIRILICAQ 8 May 2021, 12:33 “Şuşada çalınacaq Zəfər nəğməsi Xankəndiyə yayılacaq, düşmənə göz dağı olacaq” - Fərhad Bədəlbəyli 8 May 2021, 12:28 Ermənilər Füzulidə ən çox bu əraziləri minalayıblar 8 May 2021, 12:22