Arxiv
12 Aprel 2021, 09:00 | İQTİSADİYYAT
Azərbaycanın ən uzun asma körpüsü tikilir - FOTO

Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması istiqamətində işlər davam edir. Bu yolda ölkəmizdə ən uzun asma körpü və yeraltı tunel çəkiləcək. Sözügedən avtomobil yolu paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol olacaq.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9,7 kilometr qısalaraq 76,8 kilometr təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Tikinti sahəsi üzrə 1 tunel, 1 asma körpü olmaqla, 8 böyük və 5 kiçik körpü də layihələndirilib. Bunlardan Girdimançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. Üç körpü – Ağsuçay, Gülyançay və Dəmiraparançay üzərindəki körpülər isə 4 zolağa uyğun layihələndirilib. Bundan başqa, yolboyu kiçik dərələr üzərində yerləşən 5 körpü sökülüb, yeni boru şəkilli kiçik körpülərlə əvəzlənir.

Layihə rəhbəri Zahir Həsənovun sözlərinə görə, layihələndirilən yolun 4,5-ci kilometrliyində Ağsu çayı üzərində 1135 metr uzunluqda və 76,5 metr hündürlükdə böyük asma körpü layihələndirilib. Yol Ağsu çayı üzərindəki körpüdən sonra uzunluğu 865 metr olan yeraltı tuneldən keçəcək. Basqal kəndi yaxınlığında trassanı düzləndirmək hesabına bu yol 2,2 kilometr qısalır.

“Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4.5-ci kilometrliyində Ağsu çayı üzərində yerləşən asma körpünün inşasını həyata keçiririk. Körpünün ümumi uzunluğu 1135 metr, hündürlüyü çay səviyyəsindən 76,5 metr, asma qüllələrin hündürlüyü isə 142 metrdir. Eyni zamanda, yol 4 hərəkət zolağından ibarətdir. Körpünün bu parametrlərdə layihəndirilməsində əsas məqsəd mövcud Muğanlı-İsmayıllı avtomobil yolunda olan dolamacların sayını minimuma endirmək və yolda baş verə biləcək sürüşmələrin qarşısını mümkün qədər almaqdır”, - deyə o qeyd edib.

Yolun Ağsu çayınadək olan hissəsində trassa 1,1 km, sonrakı hissədə isə 1,4 kilometr qısalır. Qeyd edilən körpünün tikintisi və Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması işləri tamamlandıqdan sonra bu yol region üzrə insanların rahat gediş-gəlişini təmin etməklə yanaşı, turizm və kənd təsərrüfatının da inkişafına böyük töhfə verəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan diasporu 8 may tarixini necə qeyd edir… 8 May 2021, 13:40 İrandan Laçın dəhlizi vasitəsilə Qarabağa şübhəli yük daşınır - VİDEO 8 May 2021, 13:34 Putin Azərbaycan xalqını TƏBRİK ETDİ 8 May 2021, 13:28 “Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri var” - Tahir Budaqov 8 May 2021, 13:24 Sabah yağış yağacaq - PROQNOZ 8 May 2021, 13:20 Milli Qəhrəman İlqar Mirzəyevin anım mərasimi keçirilib - FOTO 8 May 2021, 13:14 Birinci sinfə şagird qəbulu DAYANDIRILIR 8 May 2021, 13:08 İkinci Dünya müharibəsindən neçə veteranımız qalıb… 8 May 2021, 13:02 MAXE-lər təlimə cəlb olundu - SƏBƏB 8 May 2021, 12:58 Azərbaycanda hansı banklar yaxşı işləyir? - İqtisadçılar siyahı AÇIQLADILAR 8 May 2021, 12:53 Kapital Bank bayram günlərində xidmət göstərəcək 8 May 2021, 12:50 İcra başçısı Milli Qəhrəmanın məzarını ziyarət edib 8 May 2021, 12:49 Bakı Ali Neft Məktəbində Elmi Konfransları başa çatır 8 May 2021, 12:45 BBC İlham Əliyevin simasında tamamilə fərqli situasiya ilə qarşılaşdı - Deputat 8 May 2021, 12:42 Nazirlik bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək 8 May 2021, 12:39 Qənirə Paşayevanın “Addım-addım Yaponiya” kitabı təqdim olundu 8 May 2021, 12:36 Yükdaşıma qaydalarını pozanlar CƏZALANDIRILICAQ 8 May 2021, 12:33 “Şuşada çalınacaq Zəfər nəğməsi Xankəndiyə yayılacaq, düşmənə göz dağı olacaq” - Fərhad Bədəlbəyli 8 May 2021, 12:28 Ermənilər Füzulidə ən çox bu əraziləri minalayıblar 8 May 2021, 12:22 Azərbaycandakı talassemiya xəstələrinin sayı AÇIQLANDI 8 May 2021, 12:16 Heydər Əliyev ideyalarının Zəfəri 8 May 2021, 12:11 Milli Qəhrəman yaşasaydı bu gün 48 yaşı olacaqdı... 8 May 2021, 12:10 Şəmkirdə həmyerlisini ov tüfəngi ilə öldürən şəxsin işi məhkəmədə... 8 May 2021, 12:05 Musa Yaqub dəfn olundu - FOTOLAR 8 May 2021, 12:00 Əli Əsədovdan QHT-lərlə bağlı QƏRAR 8 May 2021, 11:55 Səfir Aqşin Mehdiyev: “Baydenın bəyanatı faktiki mənasını itirmiş oldu” - MÜSAHİBƏ 8 May 2021, 11:50 Azərbaycan Müdafiə Nazirliyi sülhməramlıların Xankəndidəki paradı ilə bağlı məlumat YAYDI 8 May 2021, 11:44 Daha bir koronavirus xəstəsinə cinayət işi açıldı 8 May 2021, 11:38 Nəşi tapılan Şəhid hərbçimizin cənazəsi qarşısında qurban kəsildi 8 May 2021, 11:32 Dünya erməniliyinin alt-üst olan Şuşa ARZUSU 8 May 2021, 11:27 Ötən gün yol qəzalarında 3 nəfər ölüb 8 May 2021, 11:22 Yenidən seçki keçirilsəyi, Əkrəm İmamoğlu səs ala bilərdimi… - Deputat və jurnalist MÖVQEYİ 8 May 2021, 11:17 Millimizin oyunlarının təqvimi müəyyənləşdi 8 May 2021, 11:12 Bakıdakı Dünya Kubokunda ikinci günə start verildi 8 May 2021, 11:06 Şuşanı işağl etmiş erməni generala “qəhrəman” adı verildi 8 May 2021, 11:00