Arxiv
12 Aprel 2021, 12:40 | TƏHSİL
Sərnişin avtobusunun işləməməsindən əziyyət çəkən kənd MÜƏLLİMLƏRİ

Xaçmazın Qaracik-Zeyid kənd tam orta məktəbinin 7 müəlliminin işi Allaha qalıb. Niyə məhz 7 müəlliminin? Çünki hər gün rayon mərkəzində yaşayan və Xaçmaz şəhərindən bu kəndə olan 20 km- lik  məsafəni taksilərlə gedib gələn müəllimlər  aylardır sərnişin avtobusunun işləməməsindən çox əziyyət çəkirlər.

 

Bu barədə Modern.az-a Qaracik-Zeyid kənd tam orta məktəbinin direktoru Tərlan Dadaşov məlumat verib. Onun sözlərinə görə, Xaçmaz şəhər avtovağzalından Qaracik-Zeyid kəndinə gələn marşrut avtobusu Xaçmaz-Quba yolundan hərəkət etməklə, Ağyazı Buduq və Alıcqışlaq kəndlərindən keçməklə gəlirdi. 2020-ci ilin oktyabr ayından sərnişin avtobusunun kəndə gəlməsində problem yaşanıb. Onun sözlərinə görə, rayon avtovağzalından buna səbəb kimi xəttə çıxan avtobusun sürücünün 65 yaşının tamam olması səbəbindən işləməməsi əsas gətirilib:" Oktyabrın 7-dən Nizam adlı sürücü yaş həddinə görə işdən çıxarılandan sonra marşrut avtobusumuz gəlmədi. Bir müddət karantin oldu. Avtobus onsuz da işləmirdi. Bir də bu il fevralın 1-dən 5 gün Alıc xəttinə bir avtobus buraxıldı və cəmi 5 gün işlədi. Məktəblər əyani təhsilə başlayandan sərnişin avtobusu kəndə bir daha gəlməyib. Bu da rayon mərkəzində yaşayan müəllimləri çətin vəziyyətə salıb,məcbur olub dərsə taksi ilə gəlib gedirlər".

 

Tərlan Dadaşov məlumat verdi ki,sərnişin avtobusu ilə bağlı müvafiq aidiyyatı qurumlara şikayət etmişik,müraciətimizə müsbət cavab verən yoxdur.Direktor bildirir ki,"problemlə bağlı Dövlət Avtomobil Xidmətinə,xidmətin Quba regional şöbəsinə ,Xaçmaz şəhər avtovağzalına dəfələrlə müraciət etmişik,sürücü olmaması bəhanə gətirilir, konkret tədbir görən yoxdur."

 

 

Məlumat üçün bildirək ki,Xaçmaz-Alıc marşrutunun işləməməsindən  təkcə Qaracik-Zeyid kənd məktəbinin müəllimləri əziyyət çəkmir.Alıc-qışlaq kənd məktəbinə rayon mərkəzinə gələn müəllimlər də,ümumilikdə, bu kəndlərin sakinləri də ictimai nəqliyyatın işləməməsindən çətinlik çəkirlər. Məcbur olub hamı taksilərin xidmətindən istifadə edir. Onsuz da pandemiya səbəbindən şənbə-bazar günləri avtobuslar işləmir.

 

Məsələ ilə bağlı Dövlət Avtomobil Xidmətinin Quba regional idarəsinin rəisi Gənc Əliyevlə telefon əlaqəsi saxladıq. Gənc Əliyev məsələdən xəbərdardar olduğunu deyərək əvvəlcə sakinlərin taksi ilə getmələri  səbəbindən Alıc xəttinə  avtobus buraxılmadığını söylədi.Cənab Əliyevə bildirəndə ki,"xəttdə marşrut olsa,camaat taksi ilə getməz"-o cavabında bu məsələni araşdırmaq üçün Qaracik-Zeyid kəndində olacağını,məsələnin müsbət həllinə çalışacağını dedi.

 

İnsanların pandemiyadan, koronavirusa yoluxma stressindən əziyyət çəkdiyi bir vaxtda inanaq ki, Gənc Əliyev həlli mümkün olan bu məsələni müsbət həll edəcək. Qaracik-Zeyidin sərnişinə həsrət qalmış boş qalmış dayanacaqları da avtobus gözləməkdən təngə gəlib. Elə sakinlər də. Ümid edək.

 

 

Aytəkin ALXASLI

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beyni əqli zəiflikdən necə qoruyaq? - TƏBİİ ÜSUL 8 May 2021, 09:05 Sumqayıtda yaşayış binasında YANĞIN 8 May 2021, 08:59 Sərbəst güləşçimiz bürünc medal qazandı 8 May 2021, 08:52 Kommunist Partiyasının Mərkəzi Komitəsinin keçmiş katibi vəfat etdi 8 May 2021, 08:41 Arterial təzyiqin göz damarlarına təsiri 8 May 2021, 08:26 Şuşanın azad olunmasından 6 ay ötür - İşğal tarixini unutmayaq! 8 May 2021, 08:22 Azərbaycan və ATƏT-in 10 ölkəsindən birgə BƏYANAT 8 May 2021, 08:14 Ramazanın 25-ci günün duası - İmsak və iftar vaxtı 8 May 2021, 04:02 Gəncədə oğul anasını bıçaqladı 8 May 2021, 01:00 Bayden Putinlə görüşəcəyinə əmindir 8 May 2021, 00:51 Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı 8 May 2021, 00:35 Abşeronda dəhşətli hadisə - maşınlar piyadanın üstündən keçdi 8 May 2021, 00:18 Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI 8 May 2021, 00:05 Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19