Arxiv
12 Aprel 2021, 19:32 | AKTUAL
Çaylarda müasir avtomat hidroloji stansiyalar istismara verildi - FOTOLAR

Ölkədə su ehtiyatlarının monitorinqi və qiymətləndirilməsi son zamanlaradək fəaliyyət göstərən 63 hidroloji məntəqələrdə ənənəvi üsulla müşahidəçilər tərəfindən aparılırdı. Belə ki, suyun səviyyəsi adi alətlərlə ölçülsə də, su sərfi, yəni çaydan saniyədə axan suyun həcmi hesablamalara görə təyin edilirdi.

 

Bunu Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorlogiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.

 

O qeyd edib ki, bu prosesin təkmilləşdirilməsinə, aparıcı ölkələrdə tətbiq olunan texnologiyaların tətbiqinə ehtiyac yaranıb, iqlim dəyişmələri səbəbindən azalan su ehtiyatlarının dəqiq uçotunun aparılması isə günün tələbinə çevrilib: “Məsələnin həlli ilə bağlı 2020-ci ildən başlayaraq hidroloji şəbəkənin modernləşdirilməsi məqsədilə ölkənin əsas çaylarında Dövlət ivestisiyası hesabına 17, Avropa İttifaqının Su Təşəbbüsü layihəsi çərçivəsində isə 8 məntəqədə su sərfini və səviyyəsini ölçən sensorlarla təchiz edilmiş ən müasir avtomat hidroloji stansiyalar quraşdırılıb. Hazırda onlardan 6-sı Kür, 3-ü Araz çayı üzərində (2-si Naxçıvan MR-da) qalanları isə ökənin digər çaylarında onlayn rejimdə monitorinqlər aparır.

 

Avtomat stansiyaların lazımı standartlara uyğun fəaliyyətini təmin etmək üçün mütəxəssislərimiz tərəfindən hərtərəfli hazırlıq işləri görülüb. Belə ki, hər bir məntəqədə nazirliyin Kartoqrafiya və Geodeziya MMC-si tərəfindən müvafiq metodologiyaya uyğun topoqrafik işlər yerinə yetirilib, reperlər qurulub, məntəqənin səviyyə sistemi qlobal şəbəkəyə uyğunlaşdırılıb. Eyni zamanda nazirliyin aparıcı hidroloqları çayların en kəsiyinin profilini çıxaraq cihazların idarəetmə sisteminə daxil edilib. Bu da avtomat stansiyaların yerli şəraitə uyğunlaşdırılmasını təmin edib”.

 

Xidmət rəsmisi qeyd edib ki, görülən işlər inkişaf etmiş ölkələrdə aparıcı təcrübəyə əsasən çaylarda vəziyyəti istənilən an qiymətləndirməklə sululuğunun dəqiq uçotunun aparılmasına, sudan səmərəli istifadəyə zəmin yaradır: "Bununla yanaşı gün ərzində çayda baş vermiş dəyişikliklər quraşdırılmış videokamera vasitəsilə də vizual müşahidə imkanı verir. Xüsusən də gursululuq dövründə təhlükə yarada bilən hidroloji hadisələrin izlənilməsi, intensivliyin müəyyən edilməsi, xüsusilə sel və daşqın hadisələrinə dair proqnozların səmərəliliyinin artırılması sahəsində imkanlarımızı genişləndirir.

 

Müasir texnologiyaların tətbiqi üçün sözsüz ki, yüksək hazırlıqlı kadrların hazırlanması prioritetimizdir. Burada istər Türkiyənin müvafiq təşkilatları, istərsə də Avropa Birliyi və BMT-nin müxtəlif layihələri çərçivəsində su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sahəsində təlimlər keçirilir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Alimlər COVID-19-a qarşı ən yaxşı peyvəndi seçdi 6 May 2021, 16:16 Köçəryan Paşinyanı məhkəməyə verdi -  4 min dollar təzminat 6 May 2021, 16:10 Paşinyan-Lavrov görüşü başladı – FOTO 6 May 2021, 16:05 Koçaryanın seçki blokunun tərkibi AÇIQLANDI 6 May 2021, 16:02 Qonşu ölkədə daha 338 nəfər koronavirusdan öldü 6 May 2021, 15:50 Müğənni Elçin Hüseynov 4 aya  32 kq arıqladı - FOTO 6 May 2021, 15:45 Lavrov Bakıda Şəhidlər Xiyabanını ziyarət etməlidir 6 May 2021, 15:39 Kamran Əliyev 100 gənc hüquqşunasa xidməti vəsiqə verdi 6 May 2021, 15:35 UNEC-də ulu öndərin 98-ci ildönümünə həsr olunan konfrans keçirilib   6 May 2021, 15:30 Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırıldı 6 May 2021, 15:25 Məğlub ölkədə Qələbə günü:  Almaniyada 9 May necə keçirilir… 6 May 2021, 15:19 Prezident Kazım Qurbanovu təltif etdi 6 May 2021, 15:18 Fermerlərə 121 milyon manatdan çox subsidiya ödənilib 6 May 2021, 15:12 Şuşa şəhərinə çəkilən ikinci yolda işlər sürətləndirilib - RƏSMİ 6 May 2021, 15:06 Ankaradan Latviyanın “soyqırımı” qərarına sərt REAKSİYA 6 May 2021, 15:00 Kişiləri döyən qadınlar... 6 May 2021, 14:54 “Maskadan düzgün istifadə etməmək, maska taxmamağa bərabərdir” 6 May 2021, 14:49 ANAMA yeni minatəmizləmə texnikaları almağı planlaşdırır 6 May 2021, 14:45 Prezident sərəncam İMZALADI 6 May 2021, 14:40 Ermənistanda məğlubiyyətə görə 628 nəfər istintaqa cəlb edildi 6 May 2021, 14:34 Vətən Müharibəsi qəhrəmanlarının mənzilləri tarixi abidə sayılacaq 6 May 2021, 14:28 1873 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub 6 May 2021, 14:22 “Dövlət sərhədi haqqında” qanuna dəyişiklik edilir 6 May 2021, 14:16 Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib - VİDEO 6 May 2021, 14:10 Vətən Müharibəsi qəhrəmanlarının adları əbədiləşdiriləcək 6 May 2021, 14:06 Fermerlər zərərvericilərə görə SMS alacaqlar 6 May 2021, 14:00 Vətən Müharibəsi Qəhrəmanlarının dəfni ilə bağlı qayda müəyyən edilir 6 May 2021, 13:57 Bu şəxslər dəfn edilərkən hərbi ehtiram göstəriləcək 6 May 2021, 13:52 Dövlət Xidmətinin 37 yaşlı yeni rəis kimdir? - TƏRCÜMEYİ-HAL 6 May 2021, 13:46 Daha bir ölkə “erməni soyqırımı”nı tanıdı 6 May 2021, 13:41 İstanbulda yaşayış binası çökdü - VİDEO 6 May 2021, 13:35 İcra başçısı Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR 6 May 2021, 13:30 Hindistanda koronavirus dəhşəti: İnsan cəsədləri küçələrdə yandırılır - FOTOLAR 6 May 2021, 13:27 Əmlak Məsələləri Dövlət Xidmətinin yeni rəisi kimdir? - DOSYE 6 May 2021, 13:21 Onlayn Apellyasiya komissiyası fəaliyyətə başlayacaq 6 May 2021, 13:15