Modern.az

Ötən gün 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə yaxalanıb

Ötən gün 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə yaxalanıb

14 Aprel 2021, 10:05

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 13-də respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb. Onlardan 3 nəfər tibbi prosedurlar gözləməklə yaşadıqları evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Vəziyyətləri nisbətən ağır olan 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

 

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

 

Rəsmi qurum bir daha vətəndaşlardan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi