Modern.az

Azərbaycanda yüksək vəzifəli şəxs koronavirusdan öldü

Azərbaycanda yüksək vəzifəli şəxs koronavirusdan öldü

Aktual

14 Aprel 2021, 10:14

Laçın Rayon Vergilər Şöbəsinin rəisi Fariz Zeynallı 62 yaşında vəfat edib.

 

Modern.az “Report”a istinadən məlumat verir ki, o, bir müddət əvvəl koronavirusa yoluxubmuş.

 

F.Zeynallı aprelin 13-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edək ki, Zeynallı Fariz İsa oğlu 1959-cu ilin yanvar 1-də Laçın şəhərində anadan olub. 1976-cı ildə Laçın şəhər 1 N-li orta məktəbi bitirib.

 

1985-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) Mühasibat uçotu ixtisasını bitirib. 1985-1988-ci illərdə Laçın Rayon Əmanət Bankında müfəttiş, 1988-1990-cı illərdə Laçın Rayon Nəzarət Komitəsi sədrinin müavini, 1991-ci ildən Laçın Rayon Vergi Müfəttişliyində şöbə müdiri vəzifəsində çalışıb.

 

2006-cı ildən ömrünün sonuna qədər Laçın Rayon Vergilər Şöbəsinin rəisi vəzifəsini tutub.

 

Azərbaycan Prezidentinin 2009-cu il 11 fevral tarixli, 738 nömrəli sərəncamı ilə F.Zeynallı “Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” yubiley medalı ilə təltif edilib.

 

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü