Modern.az

Zavodun həyətindən top mərmisi tapıldı

Zavodun həyətindən top mərmisi tapıldı

Aktual

14 Aprel 2021, 10:50

Sumqayıtda zavodun həyətindən top mərmisi aşkar edilib.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, aprelin 13-də nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Tuk zavod ərazisində partlayış təhlükəli əşyanın aşkar olunması barədə məlumat daxil olub.

 

Hadisə yerinə xüsusi texnika və avadanlıqlarla təchiz edilmiş pirotexnik qrup cəlb olunub. Baxış zamanı döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli 1 ədəd 122 millimetrlik top mərmisi aşkar edilib.

 

Ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin etdikdən sonra pirotexniklər aşkar edilmiş mərmini ərazidən götürərək, müvafiq qaydada zərərsizləşdiriblər.

 

Əraziyə təkrar baxış zamanı digər partlayış təhlükəli silah və sursat aşkar edilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir