Modern.az

“Ayaks” 20-ci ölkə kubokunu qazandı

“Ayaks” 20-ci ölkə kubokunu qazandı

Aktual

19 Aprel 2021, 00:50

Rotterdamdakı "De Kuyp" stadionunda "Ayaks" və "Vitess" komandaları arasında Niderland Kubokunun final oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, qarşılaşma Amsterdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 23-cü dəqiqədə "Ayaks"ın yarımmüdafiəçisi Rayan Qravenberx açıb. Bundan 8 dəqiqə sonra "Vitess"in hücumçusu Lua Openda bərabərlik qolunu vurub. 85-ci dəqiqədə onun komanda yoldaşı Yakob Rasmussen qırmızı vərəqə alıb.

 

"Ayaks" say üstünlüyündən 90+1-ci dəqiqədə yararlanıb. David Neres fərqlənərək, komandasına 20-ci dəfə Niderland Kubokunu qazandırıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!