Modern.az

Türkiyənin Bakıya gələn yeni səfiri ilk Modern.az-a DANIŞDI

Türkiyənin Bakıya gələn yeni səfiri ilk Modern.az-a DANIŞDI

19 Aprel 2021, 10:58

Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri Cahid Bağçı artıq ölkəmizdədir.

Modern.az-ın məlumatına görə, Cahid Bağçı Prezident İlham Əliyevə təqdim ediləcək etimadnamənin hazırlanmasına artıq başlayıb.


Yeni səfirin təəssüratlarını öyrənmək üçün özü ilə əlaqə saxladıq. C.Bağçı Modern.az-ın əməkdaşı ilə qısa söhbətində etimadnamənin Prezidentə təqdimatından sonra mediaya açıqlama verəcəyini bildirdi:


“Hələlik, tələsməyək. Etimad məktubunun hazırlanıb təqdim edilməsindən və qəbulundan sonra görüləcək işlərlə bağlı danışmaq olar”.


Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. O, iki dönəm – 2011 və 2015-ci illərdə Çorumdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.

C.Bağçı Orta Şərq Texniki Universitetinin sosiologiya fakültəsini bitirib. Britaniyanın Mançester Universitetində doktorantura təhsili alıb.

Türkiyə-Avropa İttifaqı parlament komitəsinin, NATO PA-nın üzvü olub.

O, 1988-ci ildə Dövlət Planlanma Təşkilatının Sosial Planlaşdırma departametində işə başlayıb. 1993-cü ildə Van Yüzüncü İl Universitetində tədqiqatçı olub. Burada sosiologiya kafedrasında dosent və kafedra müdiri vəzifələrində çalışıb. Mançester Universitetində Türk tələbələri dərnəyini yaradıb. Vanda Cəza və İcra Qurumları, Həbs Evlərini İzləmə Şurasının üzvü və məruzəçisi vəzifəsində çalışıb. Aİ Təhsil və Gənclik Proqramları Mərkəzində koordinator və məsləhətçi olub.

Diplomat ingilis dilini yüksək səviyyədə, alman və ərəb dillərini orta səviyyədə bilir. Evlidir, 3 övladı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır