Modern.az

İsveç səfiri Türkiyə XİN-ə çağırıldı

İsveç səfiri Türkiyə XİN-ə çağırıldı

21 Aprel 2021, 09:32

İsveçin Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Diplomatik mənbələrdən verilən məlumata görə, səfir Stefan Herstroma İsveç xarici işlər nazirinin terror ünsürlərilə görüşündən sonra İsveçin müdafiə nazirinin terrorçu liderlərlə videokonfrans yolu ilə danışıqlarının Türkiyə tərəfindən narahatlıqla qarşılandığı və bunun ciddi şəkildə qınandığı bildirilib.

 

Həmçinin bu ünsürlərin Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi qəbul edilən PKK mənbusları olduğu, İsveçin bu hərəkətinin iki ölkə münasibətlərinə ciddi ziyan vurduğu vurğulanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi