Modern.az

Dövlət 421 tələbəni xaricə oxumağa göndərib

Dövlət 421 tələbəni xaricə oxumağa göndərib

17 Sentyabr 2012, 10:15

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində 2011-2012-ci tədris ilində 421 nəfər azərbaycanlı gənc təhsil almaq hüququ qazanıb. Bu haqqda Təhsil Nazirliyinin mətbuat xidmətindən Modern.az-a məlumat veriblər.  Nazirlikdən bildirilib ki, bununla da Dövlət Proqramı üzrə təhsil alan tələbələrin sayı ümumilikdə 1204 nəfərə çatıb. Hazırda Dövlət Proqramı çərçivəsində 23 ölkənin 200-ə yaxın universitetində 825 nəfər azərbaycanlı tələbə təhsil almaqdadır. Bu tələbələrin böyük əksəriyyəti tibb, mühəndislik, iqtisadiyyat və idarəetmə, informasiya və kommunikasiya texnologiyaları sahələri üzrə oxuyurlar. Dövlət Proqramı çərçivəsində təhsil alan 322 nəfər soydaşımız isə artıq təhsilini başa vurub.

Ümumilikdə isə Dövlət Proqramı və digər mənbələr hesabına hazırda 10700 nəfər azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində müxtəlif ixtisaslara yiyələnirlər.

Qeyd edək ki, hazırda Azərbaycanın universitetlərində 5590 nəfər əcnəbi tələbə bakalavriatura, magistratura və doktorantura səviyyələrində təhsil almaqdadır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır