Modern.az

Prezident İlham Əliyev jurnalistlərlə görüşəcək

Prezident İlham Əliyev jurnalistlərlə görüşəcək

17 Sentyabr 2012, 11:08

Prezident İlham Əliyev jurnalistlərin də qatılacağı Neft, Qaz və Media Konfrasında iştirak edəcək. Bu barədə Modern.az saytına konfranda təşkilati dəstək verən Beynəlxalq Avrasiya Mətbuat Fondundan məlumat verilib.

Bildirilib ki, 17-19 sentyabrda Bakıda Beynəlxalq Mətbuat İnstitutu tərəfindən (BMİ) Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə “Neft, Qaz və Media” konfransı keçiriləcək. Konfransda Azərbaycan jurnalistləri də daxil olmaqla dünyanın müxtəlif ölkələrindən 200-dən çox media nümayəndəsinin qatılacağı gözlənilir.

Konfransın məqsədi azad mediada neft və qazın rolunu müəyyənləşdirməkdən, neft-qaz sahəsində yazan jurnalistlərlə enerji partnyorları arasında əlaqələrin inkişaf etdirilməsindən, enerji istehsalçı olan dövlətlərin birgə səyi ilə mütərəqqi medianın inkişafını asanlaşdırmaqdan ibarətdir.

Artıq dünyanın 27 ölkəsinin neft mütəxəsisləri, alimləri və media nümayəndələri konfransda iştirakını təsdiq edib. Onların sırasında ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, İtaliya, İsveçrə, Bolqarıstan, Xorvatiya, Macarıstan, Türkiyə, Rusiya, Gürcüstan, Nigeriya, Cənubi Afrika kimi ölkələr də var.

Bu barədə BMİ-nin Azərbaycan Milli Komitəsinin və konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, bu mötəbər tədbirə dünyanın çox nüfuzlu media qurumlarının nümayəndələri, müxtəlif ölkələrin neft-qaz üzrə mütəxəssisləri, alimləri gəlirlər. Dünyanın ən nüfuzlu ali elm ocaqlarının - Kolumbiya, Corc Vaşinqton, Texas universitetlərinin neft-qaz üzrə çox məşhur professorları, aparıcı ekspertləri öz məruzələri ilə konfransa qatılacaqlar. “Reuters”, “Financial Times”, “Əl-Cəzirə”, “Forbes”, “The Dallas Morning News” kimi dünyanın aparıcı media qurumlarının çox nüfuzlu nümayədnələri də konfransın işində yaxından iştirak edəcəklərini təsdqiləyiblər.

Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilat və səfirliklərdən - BMT agentlikləri, Avropa Birliyi, ATƏT rəsmiləri, ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, İsveçrə, Rumıniya, Norveç, Yaponiya, Koreya, Litva, Bolqarıstan, Misir, Fələstin, Qatar, İraq, Gürcüstan və dirgər səfirliklər də tədbirə qatılacaqlarını bildirblər.

Beynəlxalq Avrasiya Mətbuat Fondundan bildirilib ki, Prezident İlham Əliyevin tədbirə qatılacağı saat dəqiq deyil.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü