Modern.az

Saxta koronavirus peyvəndləri aşkarlandı

Saxta koronavirus peyvəndləri aşkarlandı

Aktual

22 Aprel 2021, 00:53

Meksika və Polşada saxta “Pfizer”-“BioNTech” koronavirus vaksinləri aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

 

Bildirilib ki, Meksikada ələ keçirilən vaksinlərdə saxta etiketlərə rast gəlinib, Polşadakı saxta COVID-19 peyvəndlərinin tərkibində isə qırışıqlığa qarşı maddələr olduğu ortaya çıxıb.

 

Xəbərdə qeyd olunub ki, Meksikada bir klinikada dozu 1000 dollardan olmaqla, 80 nəfərə saxta vaksin vurulub, içində artırılmış su olan peyvənd şüşələri piknik soyuducusunda saxlanılarkən ələ keçirilib.

 

“Pfizer”in təhlükəsizlik rəhbəri Lev Kubiak bütün dünyanın koronavirus vaksininə ehtiyacı olduğunu və çox məhdud sayda tədarük olunduğu bir mühitdə cinayətkarlar üçün mükəmməl bir fürsət doğduğunu deyib.

 

ABŞ da daxil olmaqla, Meksika və digər ölkələrdə saxta vaksin satışı həyata keçirən onlarla internet saytı bağlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır