Arxiv
23 Aprel 2021, 11:28 | AKTUAL
Müasir texnologiyalar və elmi əsaslar üzərində qurulan iqtisadiyyat dayanıqlı inkişafı stimullaşdırır

“Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan dövlətimizin başçısı İlham Əliyevin son 17 ildə bu istiqamətdə atdığı addımlar yalnız statistik rəqəmlərdə deyil, insanların gündəlik həyatında, inkişafın dəyərləndirilməsində və perspektivlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayan  beynəlxalq maliyyə qurumlarının hesabatlarında öz əksini tapır. Fəaliyyətində  reallığa və praqmatizmə  əsaslanan möhtərəm Prezidentimizin qarşıya qoyduğu əsas hədəf    Azərbaycanı beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətinə malik  ölkə kimi tanıtmaqdır. Bu məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə,  yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyata nail olmaq, sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsiplərinə diqqətin artırılması tələb olunur. Dövlətimizin başçısı İlham Əliyevin Hacıqabul rayonuna səfəri zamanı  bir neçə sosial obyektin açılışı bir daha bu reallığa   işıq saldı ki, insan amili dövlət siyasətinin əsasını təşkil edir. İnsanların rahat, təhlükəsiz şəraitdə yaşayışı, sosial müdafiəsinin gücləndirilməsi,  sosial xidmət sahəsində şəffaflığın təmin olunması, insanların hər addımda dövlətin diqqət və qayğısını hiss etməsi vətəndaş məmnunluğunun artırılmasında stimulverici amildir. Günümüzün əsas çağırışlarından  olan ərzaq təhlükəsizliyinin təmin edilməsi, iqtisadiyyatın ən müasir texnologiyalar və elmi əsaslar üzərində qurulması ilə qeyri-neft sektorunun inkişaf etdirilməsi  bu məqsədlərə xidmət edir.”

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

 

M.Həsənov qeyd edib ki, cənab İlham Əliyev  Hacıqabul rayonuna səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində də yeni istifadəyə verilən sosial obyeklərin rayonun gələcək inkişafında mühüm rol oynayacağını önə çəkərək  əsas hədəfləri açıqladı. Bildirildi ki, aqroparkların yaradılması ölkəmizdə  kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsidir: “Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər görülür.  Aqroparkların üstünlüyü ondan ibarətdir ki, burada daha bol məhsul yetişdirilir,  məhsuldarlıq  daha yüksəkdir,  ən müasir aqrotexniki tədbirlər tətbiq olunur. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində   fabrik və zavodların, müştərək müəssisələrin  istifadəyə verilməsi, yaradılan aqroparkların fəaliyyəti ilə    iş yerlərinin, sayı,  məhsuldarlıq, istehsal və ixrac daha da artırılır. Ümumi sayı 50-yə çatdırılacaq aqroparklar  kənd təsərrüfatının inkişafında mühüm rola malikdir. Bölgələrdə yaradılan fermer təsərrüfatlarının səmərəli fəaliyyəti  məşğulluq  problemini də aradan qaldırır. Hacıqabulda "Aqro Dairy" MMC-nin aqroparkının və “Azərsun Şamaxı Aqropark”ın açılışı nümunəsində Azərbaycanda müxtəlif bölgələrdə yaradılmış aqroparklar haqqında ümumiləşdirilmiş məlumat,  istehsal, emal və logistikanın bir müəssisə çərçivəsində cəmləşdirmənin səmərəsi özünün aydın ifadəsini tapır.”

 

Deputat diqqəti cənab İlham Əliyevin  qeyd edilən müsahibədə işğaldan azad edilmiş torpaqlarımızda görülən işlərlə bağlı fikirlərinə yönəldərək bildirib ki, Azərbaycanın hər bir bölgəsi, o cümlədən  işğaldan azad edilmiş rayonlarımız zəngin potensiala malikdir: “Mərhələlər üzrə görülən işlər sonda vətəndaşların bu torpaqlara Böyük Qayıdışı və  torpaqlarımıza yeni nəfəsin  verilməsi  ilə müşayiət olunacaq. Qeyri-neft sektorunun inkişafı üçün daha böyük imkanlar yaranacaq. Hazırda ərazilərimizin minalardan təmizlənməsi həyata keçirilməklə yanaşı, infrastruktur layihələri də reallaşdırılır. Yol, nəqliyyat infrastrukurunun həlli prioritetliyini qoruyur. Dövlətimizin başçısı İlham Əliyev və  birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq işğaldan azad edilmiş  ərazilərimizə səfər edərək  həm torpaqlarımızı sahiblərinin  gəlişi ilə sevindirir, həm də görülən işlərlə yaxından tanış olurlar. Bu ərazilərimizdə müasir idarəetmə sistemi yaradılır. Həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” layihələri icra olunur. İcrası nəzərdə tutulan hər bir layihə, irəli sürülən hər bir təşəbbüs özündə müasirliyi, yeniliyi əks etdirir. Bu da onun təsdiqidir ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında zamanın, dövrün tələbinə uyğun təkmilləşmə dayanır. Dövlətimizin başçısı İlham Əliyev  bu məqamı da xüsusi qeyd edir ki,  xaricdən bir çox təkliflər gəlməkdədir. Xarici tərəfdaşlarımız Qarabağın bərpası işində fəal iştirak etmək istəyirlər.  Təbii ki, bütün təkliflər təhlil ediləcək və müzakirə olunacaq.  Əsas məqsəd  işləri maksimum səmərə ilə görmək, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlar üçün ən gözəl şəraiti  yaratmaqdır.”

 

Malik Həsənov vurğulayıb ki, möhkəm təmələ əsaslanaraq müəyyənləşdirilən hədəflərin uğurlu icrası innovasiyalar ölkəsi kimi tananan  Azərbaycanı daha da qüdrətləndirəcək. “Görülmüş işlərlə kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq” çağırışını edən  cənab İlham Əliyev  kənd təsərrüfatı və sənayedə potensialın yüksəlməsini, istehsalın artmasını “Azərbaycan Respublikası regionlarının 1919-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın başlıca hədəfləri kimi qeyd edir. Kompleks tədbirlər  qarşıya qoyulan bütün məqsədlərə nəzərdə tutulan vaxtda nail olmağa geniş imkanlar yaradır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Samirə Əfəndi “Avroviziya”nın finalında - VİDEO 19 May 2021, 00:57 Abşeronda maşın aşdı - ölən və yaralananlar var - FOTO 19 May 2021, 00:49 BMT Təhlükəsizlik Şurası razılığa gələ bilmədi 19 May 2021, 00:38 Tacikistanda üç uşaq diri-diri torpağın altında qaldı - FOTO 19 May 2021, 00:22 Almaniyada piyada körpüsü çökdü - ölən və xəsarət alan var 19 May 2021, 00:09 “Yayılan görüntülər montajdır və mənə qarşı atılan böhtandır” – Mahir Abbaszadədən AÇIQLAMA 19 May 2021, 00:04 “Beşiktaş” Türkiyə kubokunu da qazandı 18 May 2021, 23:51 Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası 18 May 2021, 23:40 “Avroviziya”nın birinci yarımfinalı başlayıb 18 May 2021, 23:25 Bakıda piyadanı maşın vurub öldürdü - FOTO 18 May 2021, 23:11 Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar başlayır 18 May 2021, 22:58 Güləşçilərimiz Avropa çempionatında daha 3 medal qazandı - FOTO 18 May 2021, 22:44 Bakıda bir nəfər özünü dənizə atdı 18 May 2021, 22:33 Cəbrayıl Hacıyev Avropa çempionu oldu 18 May 2021, 22:20 Sahibə Qafarova İtaliyanın dövlət katibi ilə görüşdü 18 May 2021, 22:13 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 22:04 Goranboyda dəhşətli HADİSƏ 18 May 2021, 22:02 Abşeronda yol qəzası - xəsarət alanlar var 18 May 2021, 21:53 Türkiyədə yoluxanların sayı artdı, ölənlər azaldı 18 May 2021, 21:42 Neft yenidən ucuzlaşır 18 May 2021, 21:27 “Çernomor”u canlandıran rus aktyor vəfat etdi 18 May 2021, 21:13 "Zərifə Əliyeva" gəmisi gələn il istismara veriləcək 18 May 2021, 21:02 Ukraynanın səhiyyə naziri istefaya göndərildi 18 May 2021, 20:49 Ter-Petrosyan parlament seçkilərinə qatılır 18 May 2021, 20:33 Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı 18 May 2021, 20:20 Sahibə Qafarova İtaliya Senatının sədri ilə görüşdü 18 May 2021, 20:11 Milli Məclisin nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib - FOTO 18 May 2021, 20:03 Azərbaycanla Belarus hərbi-texniki əməkdaşlığı müzakirə edib 18 May 2021, 19:39 Bakı yollarında sıxlıq 30-dan çox avtobus tıxacda qalıb 18 May 2021, 19:21 Bu xəstəxananın vəzifəli şəxslərinə cinayət işi AÇILDI 18 May 2021, 19:02 Azərbaycanla Rusiya pomidor qadağasını müzakirə etdi 18 May 2021, 18:52 Teledərslərin mayın 19-na olan cədvəli 18 May 2021, 18:50 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 18:38 Gömrükdə rüşvət alan vəzifəli şəxslər saxlanıldı - ADLAR 18 May 2021, 18:21 Manatın sabah olan məzənnəsi açıqlandı 18 May 2021, 18:04