Modern.az

Hollandiya azərbaycanlıları sabah Ermənistan səfirliyi önünə TOPLAŞACAQ

Hollandiya azərbaycanlıları sabah Ermənistan səfirliyi önünə TOPLAŞACAQ

23 Aprel 2021, 13:56

Ermənilər hər il dünyanın bir çox ölkələrində 24 aprel tarixini qondarma soyqırımı günü kimi qeyd edirlər. Erməni ideoloqları və havadarları artıq bir əsrdir dünyanı inandırmaq istəyirlər ki, 1915-ci ildə Osmanlı ərazisində erməni xalqına qarşı dövlət səviyyəsində soyqırımı törədilib. Tarixdə heç bir zaman olmayan uydurma soyqırımını dünya gündəliyinə gətirməyə çalışıblar. Hətta məkirli iddialarını tanıtmaq üçün saxta soyqırım qurbanlarına abidə də ucaldılıb.


Modern.az
-a verilən məlumata görə, şənbə günü Hollandiya da Ermənistan səfirliyi qarşısında azərbaycanlıların dinc aksiyası keçiriləcək.

Aksiya haqqında Niderland - Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamirzəyeva danışıb:

 
“Aksiyada minalara qarşı plakatlar qaldırılacaq. Yerə isə ağ ayaqqabılar düzüləcək. Çünki ağ rəng Hollandiyada matəm rəngidir. Buna görə də o rəngi seçmişik. Yerə düzməkdə məqsəd ondan ibarətdir ki, həlak olanlardan geriyə ayaqqabıları qalıb. Bu konseptdən çıxış edəcəyik.Təəssüf ki, koronavirus pandemiyasına görə çox adamın toplaşmasına icazə verilmir. Daha sonra isə petitsiya təqdim olunacaq. Ermənistan səfirliyinin poçt qutusuna atacağıq. Petisiyada bütün azərbaycanlılar, Azərbaycan icması iştirak edəcək”.

M.Ağamirzəyeva şənbə günü keçiriləcək digər aksiyadan da danışıb:

“Digər aksiya 16:00-da baş tutacaq. Amsterdam səmalarında hava reklamı uçacaq.  Hava reklamında “Azərbaycan minalardan azadlıq istəyir” şüarı olacaq. Bu aksiya Ana Vətən Avropa-Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə keçiriləcək. Bu ideya birliyimizin üzvü olan Xatirə Sərdarqızı ilə Səltənət Zeynalovanındı.

Reklam şirkətini çox çətinliklə razılığa gətirdik. Çünki başqa ölkənin problemini burada əks etdirmək istəmirlər. Həmin şirkətlə danışanda bildirdim ki, “bir ana və qadın olaraq hesab edirəm ki, dünyanı karonavirus bəlası alıb. Bu bəla onsuz da insanların canını alır. Bu şəraitdə də təəssüf ki, günahsız insanlar qurban olurlar. Halbuki, biz insanların, canlıların yaşadığı yerlərə yaşıl ağaclar əkməliyik. Lakin bunların əvəzinə minalar döşəyirlər. Gözəl torpaqlarımıza minalarla zərər gətirilir. Buna qarşıyam. Ona görə də düşünürəm ki, münbit torpaqlarda ancaq gözəllik yetişməlidir. Cəmiyyətimizə faydalı işlər görməliyik”.
Bu sözlərim onların çox xoşlarına gəldi və təklifi qəbul etdilər. Azərbaycan sözünü böyük məmnuniyyətlə yazacaqlarını bildirdilər”.

Nəzrin Vahid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır