Modern.az

Bakı limanı özəl idarəetməyə verilə bilər

Bakı limanı özəl idarəetməyə verilə bilər

Aktual

23 Aprel 2021, 21:25

"Biz istəyirik ki, beş ildən sonra limanın bütün terminalları müəyyən sahə üzrə fəaliyyət göstərən şirkətlər tərəfindən idarə olunsun və məhz onlar həmin terminalların inkişafında maraqlı olsunlar".

 

Modern.az xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov xarici KİV-lərə müsahibəsində deyib.

 

O bildirib ki, Bakı limanı tamamilə dövlətə məxsusdur, limanın terminalları isə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC dövlət şirkətinin nəzarətindədir.

 

T.Ziyadovun sözlərinə görə, limanda yük daşımalarının 87 faizi tranzitin payına düşür. Yüklərin böyük əksəriyyəti isə "şərq-qərb" istiqamətində daşınır.

 

Eyni zamanda, limanın baş direktoru bildirib ki, Bakı limanında aşırılan konteynerlərin böyük hissəsi Orta Asiyaya yola salınır (trend).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!