Arxiv
30 Aprel 2021, 23:23 | HADİSƏ
Gənclər və idman naziri Azad Rəhimov vəfat etdi

Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov 57 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib.

 

Qeyd edək ki, Azad Rəhimov 4 aydır ABŞ-dakı klinikaların birincə ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunurdu..


Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 08-də Bakı şəhərində anadan olub. 1971-ci ildə Bakı şəhəri 134 saylı məktəbin birinci sinifinə daxil olub, 1981-ci ildə həmin məktəbdə orta təhsilini bitirib.

1981-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub, 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. 1986-cı ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək Moskva şəhərində həqiqi hərbi xidmətdə olub.
1987-1989-cu illərdə Azərbaycan LKGJ Xətai rayon komitəsində şöbə müdiri, 1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib. 1994-1998-ci illərdə «Ros-İMESKO» Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək «İtaldizayn» Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2006-cı il tarixli sərəncamı ilə Gənclər və İdman naziri vəzifəsinə təyin edilib. 
Ailəlidir, bir övladı var.

Azərbaycan Prezidentinin 29 iyun 2015-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeni, 24 iyul 2019-cu il tarixli sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


Allah rəhmət eləsin...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Suqovuşan yaxınlığında ASALA-nın anbarı aşkarlandı - FOTO 16 May 2021, 14:48 Qəzza sektorunda ölənlərin sayı 200-ü KEÇDİ 16 May 2021, 14:42 XTQ gizirinin Nigara etdiyi evlilik təklifinin VİDEOSU 16 May 2021, 14:37 Şahbaz Xuduoğlunun velosipedi oğurlandı 16 May 2021, 14:32 Qarabağda döyüşən livanlı terrorçunun məhkəməsi başladı 16 May 2021, 14:26 Məmur olmaq istəyənlər imtahan verdilər 16 May 2021, 14:20 Türkiyəyə göndərilən daha 5 qazimiz Vətənə dönüb 16 May 2021, 14:14 Paşinyanın atası türkdür? - Azərbaycanlı siyasətçidən AÇIQLAMA 16 May 2021, 14:08 Azərbaycanın əsas ticarət TƏRƏFDAŞLARI - SİYAHI 16 May 2021, 14:04 Milli Məclis sədrinin İtaliyaya səfər proqramı AÇIQLANDI 16 May 2021, 14:00 “Ordumuzun təlimləri Ermənistana əzələ nümayişidir” - Hərbi ekspert 16 May 2021, 13:54 Azərbaycanda ÜDM azalıb 16 May 2021, 13:48 Şəhid zabitin dəfnindən FOTOLAR 16 May 2021, 13:42 Naxçıvan Qarnizonu döyüş tapşırıqlarını icra etmək üçün təyinat rayonlarına çıxarılır 16 May 2021, 13:36 “Allah hər kəsə Şuşa ziyarəti qismət etsin!” - Şuşadan qayıdan SƏNƏTÇİLƏR 16 May 2021, 13:30 Azərbaycan Ordusuna həyəcan siqnalı verildi - VİDEO 16 May 2021, 13:24 Şəhid gizir Qubada dəfn olundu - FOTOLAR 16 May 2021, 13:18 Azərbaycan daha bir beynəlxalq sənədi təsdiq edir 16 May 2021, 13:12 Yazıçıdan azad olunmuş ərazilərlə bağlı TƏKLİF - “70 yaşdan yuxarı insanları...” 16 May 2021, 13:06 Başçı gözləyən rayonlar... 16 May 2021, 13:01 Ermənistan Təhükəsizlik Şurası Qaragöllə bağlı TOPLAŞDI 16 May 2021, 13:00 Türkiyədə bu şəxslər üçün karantin yumşaldılır 16 May 2021, 12:55 “Xanımlar mühəndislikdə: çağırışlar və imkanlar” müzakirəsi aparıldı 16 May 2021, 12:50 Avropa Oyunlarının proqramına daha bir idman növü daxil edildi 16 May 2021, 12:44 Sabah 35 dərəcə isti olacaq 16 May 2021, 12:38 Azərbaycanda QİÇS xəstələrinin SAYI 16 May 2021, 12:32 Çəltik əkən şəxsə dövlət bu qədər pul ödəyəcək - MƏBLƏĞ    16 May 2021, 12:26 Ermənistan-Azərbaycan danışıqları bu gün DAVAM ETDİRİLƏCƏK 16 May 2021, 12:20 Dünya ölkələrində ən qeyri-adi QADAĞALAR 16 May 2021, 12:14 12 nəfərin də hərbi səbəblərlə bağlı əlilliyi LƏĞV EDİLDİ 16 May 2021, 12:10 Bayram günlərində milli parkları ziyarət edən turistlərin sayı açıqlandı - FOTOLAR 16 May 2021, 12:05 Daha bir rayonun DSMF sədri HƏBS OLUNDU 16 May 2021, 12:00 İsrail və Fələstin nümayəndələri BMT TŞ-da bir araya gəlir 16 May 2021, 11:55 Dörd ayda əhaliyə 2 milyard 25 milyon manat vəsait ödənilib 16 May 2021, 11:50 IBA Tech Akademiyasında daha 50 peşəkar yetişdiriləcək! 16 May 2021, 11:45