Modern.az

“Maskadan düzgün istifadə etməmək, maska taxmamağa bərabərdir”

“Maskadan düzgün istifadə etməmək, maska taxmamağa bərabərdir”

6 May 2021, 14:49

Pandemiya dövründə virusdan qorunmaq üçün insanlar müxtəlif üsullardan istifadə edir. Bunlardan ən etibarlısı isə qoruyucu maskalardır. Ən əsası məsələ isə maskalardan düzgün istifadə etməkdir. Havalar getdikcə istiləşdiyindən insanlar əlləri təmiz olmadığı halda maskaya toxunub nəfəs almaq üçün aşağı endirirlər. Eyni zamanda, birdəfəlik maskanı bir neçə gün davamlı olaraq istifadə edirlər.


Bununla bağlı Modern.az-a danışan tibb elmlər doktoru, professor Adil Qeybulla bildirib ki, maskadan düzgün istifadə etməmək, maska taxmamağa bərabərdir:


“Maskadan düzgün istifadə etmək karantin qaydalarının vacib şərtlərindən biridir. Maska taxmaq vacib şərt deyil, əsas ondan düzgün istifadə etmək vacibdir. Təəssüf ki, maska ilə düzgün davranmamaq maska taxmamağa bərabərdir. Digər tərəfdən isə maskaların istifadə təyinatı var. Bir neçə saat ərzində tab gətirən, islanan, periodik maskalar var...  
Birdəfəlik maskalar cərrahi maskalardı, adətən əməliyyatlarda istifadə olunur. İnsanlar bunlardan istifadə edir, amma həmin maskalar mütəmadi olaraq dəyişməlidir. Əgər insanların büdcəsi çatmırsa, onlar yaxşı olardı ki, yuyulan və yenidən istifadəyə yararlı maskalardan alsınlar. Maskanı 2-3 gündən bir sabunla yumaq kifayətdir ki, onda olan mikroblar təmizlənsin.

Ən əsas məsələ oldur ki, maskaya tez-tez əl vurmaq, yuxarı-aşağı etmək, burunu açıb nəfəs almaq olmaz.

Birdəfəlik maskadan neçə saat istifadə etmək məsələsinə gəldikdə isə insanlar anlamalıdılar ki, ağız suyundan çıxan viruslar maskanı isladır və maska yararsız olur. Suallar var ki, virusun ölçüsü maskadakı məsamələrdən balacadır. Viruslar adicə su damcılarının içində olur, əsas məsələ də su damcılarının ora keçməməsidir”.


Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!