Modern.az

Səfir: “Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”

Səfir: “Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”

Aktual

6 May 2021, 18:54

Mayın 6-da Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və qurumun İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkərimov ilə görüşüb.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, öncə səfir Serjan Abdıkərimov 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə görə bütün Azərbaycan xalqına təbriklərini çatdırıb. Qeyd edib ki, Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. 

 

Ölkələrimiz arasında tarixən formalaşmış ortaq dəyərlərdən bəhs edən Serjan Abdıkərimov hazırda bölgənin lider ölkəsi olan Azərbaycanla hərtərəfli əməkdaşlığı genişləndirmək istədiklərini bildirib. Parlamentlərarası əlaqələrə çox böyük əhəmiyyət verdiklərini qeyd edib, ATƏT PA çərçivəsində, eləcə də digər beynəlxalq qurumlarda Azərbaycanın mövqeyini həmişə dəstəklədiklərini deyib.

 

Görüşdə Azay Quliyev ATƏT PA çərçivəsində və digər beynəlxalq qurumlarda Azərbaycan və Qazaxıstan parlament nümayəndə heyətlərinin əməkdaşlığından söz açıb. Bölgəmizdə həyata keçirilən qlobal layihələrdən bəhs edib. İşğaldan azad olunmuş torpaqlarda aparılan minalardan təmizləmə işlərinə diqqət yönəldib. .Bildirib ki, minalanmış ərazilərin xəritəsini Azərbaycana verməsi üçün beynəlxalq qurumlar Ermənistana təzyiq göstərməlidir.

 

İşğaldan azad olunmuş ərazilərdə gördüklərindən dəhşətə gəldiyini, o torpaqlarda ermənilərin əsl barbarlıq törətdiyini bildirən Qazaxıstan səfiri deyib ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi hərbi cinayətdir. 

 

Söhbət zamanı ikitərəfli müstəvidə və çoxtərəfli platformalarda, o cümlədən TÜRKPA, Türk Şurası, TÜRKSOY, TRASECA, müxtəlif parlamentlərarası təşkilatlar və digər qurumlar çərçivəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...