Modern.az

Şuşanın içməli su təchizatı ilə bağlı AÇIQLAMA

Şuşanın içməli su təchizatı ilə bağlı AÇIQLAMA

7 May 2021, 11:11

“Şuşa şəhərinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı təsdiqlənən Tədbirlər Planına uyğun olaraq ərazidə ilkin mərhələdə magistral su kəmərinin bir hissəsinin tikintisinə başlanılıb”.


Modern.az-ın məlumatına görə, bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı jurnalistlərə açıqlamasında bildirib.

 

Qurum rəsmisi deyib ki, artıq işlərin görülməsi üçün vəsait ayrılıb:


“Tədbirlər Planına Şuşanı su ilə təmin edən Kiçik Kirs və Zarslı mənbələrində yenidənqurma işlərinin aparılması, Şuşa şəhərini qidalandıran işğaldan əvvəl tikilmiş 10 km uzunluğunda Kiçik Kirs-Şuşa su xəttinin tamamilə yenidən çəkilməsi, suqəbuledici kameranın, Şuşa şəhərində 6 km-lik paylayıcı şəbəkənin yenidən qurulması və həcmi 500 kubmetr olan 3 su anbarının tikintisi daxildir. Tədbirlər Planına daxil olacaq işlər bu il ərzində icra olunacaq”.

 

Onun sözlərinə görə, növbəti mərhələdə işlər Şuşa şəhərinin təsdiqlənəcək Baş Planına uyğun olaraq görüləcək:

“Bura şəhərin digər ərazilərini əhatə edəcək paylayıcı şəbəkələrin yenidən qurulması, Şuşa şəhərində həm içməli, həm də tullantı su təmizləyici qurğuların tikintisi daxildir. Hazırda Şuşa ərazisinə Kiçik Kirs və Zarslıdan ayrı-ayrılıqda su xətləri daxil olur. Amma yeni layihədə su qəbuledici kameralar yenidən qurulacaq, bu mənbələr əlaqələndirəcək. Beləliklə hər iki kəmərdən su həmin kameraya qəbul ediləcək, buradan isə bir kəmərlə Şuşa şəhərinə veriləcək”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir