Modern.az

Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri üzə çıxdı - FOTO

Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri üzə çıxdı - FOTO

Təhsil

21 Sentyabr 2012, 16:34

Xarici işlər naziri (XİN) Elmar Məmmədyarov Türkiyənin ölkəmizə yeni təyin olunan  səfiri İsmayıl Alpər Coşqunu qəbul edib. Bu barədə Modern.az-a XİN-nin mətbuat xidməti məlumat verib. Məlumatda bildirilib ki, nazir Elmar Məmmədayarov İsmayıl Alpər Coşqunu ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edib  və fəaliyyətində uğurlar arzulayıb.

Elmar Məmmədyarov iki dost və qardaş ölkə arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O, regional enerji layihələrinin reallaşdırılmasında hər iki ölkənin mühüm rol oynadığını və TANAP layihəsi ilə bağlı müqavilənin imzalanmasının iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığı daha yüksək müstəviyə çıxaracağını bildirib. Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə sonuncu səfərinin yüksək əhəmiyyətini qeyd edib. Türkiyənin yeni səfiri İsmayıl Alpər Coşqun ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu və yüksək səviyyədə olan ikitərəfli münasibətləri daha da dərinləşdirmək istiqamətində fəaliyyət göstərəcəyini nəzərə çatdırıb.

Ölkəmizin regionun çox mühüm strateji ölkəsi olduğunu diqqətə çatdıran səfir, qardaş Türkiyənin bütün məsələlərdə Azərbaycanın yanında olacağını bir daha təsdiqləyib.

 
Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir